Dünya Qızıl Şurasından qızıl ilə bağlı 3 proqnoz: 2026-cı il sürprizlər ilə dolu ola bilər
Qızıl 2025-ci ildə 50 dəfədən çox tarixi rekord qırıb və 60 faizdən artıq gəlir gətirərək investorları sevindiribDünya Qızıl Şurası (WGC) yeni hesabat dərc edib.
Marja.az-ın məlumatına görə, hesabatda qızılın 2025-ci ildəki qeyri-adi performansına diqqət çəkilib, 2026-cı ilin də gözlənilməz hadisələrə səhnə ola biləcəyi qeyd edilib.
Hesabata görə, qızıl 2025-ci ildə 50 dəfədən çox tarixi rekord qırıb və 60 faizdən artıq gəlir gətirərək investorları sevindirib. Bu güclü performans; geosiyasi gərginliklərin artması, ABŞ dollarının zəifləməsi, “təhlükəsiz liman” tələbində yüksəliş və müsbət qiymət momentumu kimi amillərin birləşməsi ilə dəstəklənib. Həm fərdi investorlar, həm də mərkəzi banklar qeyri-müəyyənlik fonunda portfellərindəki qızıl payını artırıblar.
2026-cı il proqnozu: Qeyri-müəyyənlik hakimdir, sürprizlər mümkündür
WGC-nin qiymətləndirməsinə görə, 2026-cı il geoiqtisadi risklərin formalaşdırdığı bir mənzərə ilə qarşı-qarşıya qalır. Mövcud şərtlər davam edərsə, qızıl qiymətlərinin müəyyən bir aralıqda sabitləşməsi gözlənilir. Lakin 2025-ci ilin dəyişkən hərəkəti, gələn ilin də sürprizlərə açıq olduğunu göstərir.
İqtisadi gedişata görə fərqli ssenarilər
Dünyada iqtisadi inkişaf zəifləsə və faizlər düşərsə: Qızılda orta səviyyəli bahalaşma baş verə bilər.
Qlobal risklərin artdığı kəskin iqtisadi geriləmə yaşanarsa: Qızılın qiymətində daha güclü artım baş verə bilər.
Tramp administrasiyasının siyasətləri ABŞ iqtisadiyyatını sürətləndirərsə: Daha yüksək faiz və güclü dollar qızıl qiymətlərinə təzyiq göstərə və onları aşağı sala bilər.
Bazarı təsir edəcək əlavə amillər
Mərkəzi bankların qızıl alışı "iştahı" və bazar oynaqlığındakı dəyişikliklər də 2026-cı ildə həlledici ola bilər. Buna baxmayaraq, hesabat qızılın xüsusilə qeyri-müəyyənlik dövrlərində portfel üçün bir sığorta və sabitlik elementi kimi əhəmiyyətini qoruduğunu vurğulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















