Gürcüstanda Rusiya dizeli tamamilə Azərbaycan yanacağı ilə əvəz oluna bilər
Gürcüstanın Azərbaycandan idxal etdiyi dizel yaxın zamanda Rusiyadan gətirilən həcmi tam şəkildə əvəz edə bilər.
Bu barədə Neft İdxalçılar Birliyinin rəhbəri Vaxtanq İobaşvili "BusinessPress"ə açıqlamasında bildirib.
V. İobaşvilinin sözlərinə görə, Azərbaycan dizeli yüksək keyfiyyətli "Avro-5" standartına uyğundur və hazırda həm Avropaya ixrac edilir, həm də Gürcüstan bazarında tələb sürətlə artır.
"Geostat"ın məlumatına əsasən, 2025-ci ilin oktyabr ayında Gürcüstan Azərbaycandan 20,035 milyon ABŞ dolları dəyərində 29 min 734 ton dizel və digər yanacaq məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 352,3 dəfə artım deməkdir. Ötən ilin oktyabrında cəmi 84,4 ton idxal olunub. Belə artımın səbəbi əsasən dizel yanacağı ilə bağlı ehtimal edilir.
V.İobaşvili hesab edir ki, hazırda Azərbaycandan dizelə olan tələbat 40 % artıb və perspektivdə daha da yüksələcək.
Neft İdxalçılar Birliyinin rəhbəri qeyd edir ki, Azərbaycandan dizel idxalının əsas üstünlüyü həm məhsulun keyfiyyəti, həm də logistik məsafənin yaxınlığıdır. Belə ki, Bakı–Tbilisi marşrutu Rusiya ilə müqayisədə daha qısadır. Bu isə nəticədə nəqliyyat xərclərində əksini tapır. Digər tərəfdən yanacağın keyfiyyəti Gürcüstan laboratoriyalarında "Avro-5" yüksək standarta uyğun olması test əsasında təsdiq edilib.
"Bu, qiymətlərə müsbət təsir edəcək. Rusiya böyük ölkədir və uzun məsafə logistik xərcləri artırır. Azərbaycanın logistika xidmətləri isə daha münasibdir", - V.İobaşvili bildirib.
O əlavə edib ki, dizel tədarükü artsa da, Azərbaycandan benzin idxalı ilə bağlı hələlik heç bir rəsmi xəbər yoxdur. Bununla belə, Kulevi ərazisində tikilən neft emalı zavodunun başa çatması ilə yerli istehsalın artacağı gözlənilir.
Azərbaycan dizelinin Gürcüstan üçün nə qədər ucuz olacağına gəlincə, V.İobaşvili qeyd edir ki, qiymətlər beynəlxalq "Platts" göstəricilərinə əsasən müəyyənləşdiyi üçün ölkələr arasında ciddi fərq gözlənilmir. Lakin logistik xərclərin daha aşağı olması ümumi qiymətlərin formalaşmasında müsbət rol oynaya bilər.
"Logistika xərcləri aşağıdır, amma yenə də hər şey "Platts"ın qiymətlərindən və dəmir yolu tariflərindən asılıdır. Tariflər isə hər il dəyişir", - Birliyin rəhbəri qeyd edir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























