“BOS Shelf"ə 156 milyon dollarlıq iş sifariş olundu - MÜQAVİLƏ İMZLANIB
"Şahdəniz konsorsiumu" bu ilin əvvəlində təsdiqlənmiş Şahdəniz Kompressiya (ŞDK) layihəsinin cədvəl üzrə irəliləyişini təmin etmək məqsədilə daha bir mühüm tikinti müqaviləsinin imzalandığını məmnuniyyətlə elan edib.
Marja.az xəbər verir ki, 156 milyon ABŞ dolları dəyərində olan bu müqavilə ŞDK platforması üçün dayaq blokunun və payaların tikintisini əhatə edir. Müqavilə “BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərinə (birlikdə “BOS Shelf” adlanır) verilib.
Müqavilənin iş həcminə quraşdırma sexləri və montaj üzrə mühəndislik işləri, boru-prokat işləri, 9900 tonluq dayaq blokunun və 5800 tonluq boru payaların və yan payaların hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismar sınaqları, eləcə də hazır dayaq blokunun dənizə yola salınmaq üçün barjaya yüklənməsi və bərkidilməsi işləri daxildir.
Bütün istehsal-quraşdırma işləri “BOS Shelf”-ə məxsus Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində həyata keçiriləcək və bu işlərdə yerli infrastruktur və resurslardan tam istifadə olunacaq. Müqavilənin icrasına cəlb olunacaq işçi qüvvəsinin təxminən 97%-nin Azərbaycan vətəndaşlarından ibarət olacağı, ümumi iş icrasının isə təqribən 2 milyon iş saatı təşkil edəcəyi gözlənilir. Müqavilə çərçivəsində işlərin 2025-ci ilin dördüncü rübündə başlanması və 2028-ci ilin birinci rübündə tamamlanması planlaşdırılır.
bp-nin layihə üzrə baş meneceri İlqar Məmmədov:
“Bu, ŞDK layihəsi və operator olaraq bp şirkəti üçün növbəti mühüm mərhələdir. Bu, komandalarımızın peşəkarlığını və əzmini, uzunmüddətli yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni təhlükəsizlik, keyfiyyət və səmərəlilik baxımından ən yüksək standartlara uyğun şəkildə həyata keçirmək öhdəliyimizi əks etdirir.
“BOS Shelf” şirkətinin bundan əvvəl də BDÖZ tikinti-quraşdırma sahəsində Azəri-Çıraq-Günəşli və Şahdəniz 2 platformaları üçün 11 dayaq blokunu uğurla və vaxtında hazırlayıb təhvil verməsi bizdə tam əminlik yaradır ki, ŞDK platformasının dayaq bloku da qrafikə uyğun və büdcə daxilində tikilib təhvil veriləcək. BDÖZ tikinti-quraşdırma sahəsinin iri həcmli modernləşdirmə tələb etmədən dayaq blokunu inteqrasiya etmək və barjaya yükləmək gücündə olması layihənin bu mühüm mərhələsinin vaxtında təhvil verilməsi üçün əsas amillərdən biridir.”
Qeyd edək ki, Nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.
Layihənin Şahdəniz yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.
Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.
Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Layihə üzrə tikinti işləri artıq başlayıb. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ikinci tədbiri baş tutub
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
4 saat əvvəl
Taleh Kazımov: “ABB-nin İPO-sunda səhmlərə sifarişlərin 84%-i mobil əlavə vasitəsi ilə verilib”
-
-
8 saat əvvəl
Azərbaycanda “card to card” əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Agentlik: Yaşayış binalarında ən azı 3 provayderin xidmət göstərməsi zəruri hesab olunur
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7,3% artaraq 3,3 milyard dollara çatıb
-
11 saat əvvəl
Azərbaycanda yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
-
11 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
-
12 saat əvvəl
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
Azərbaycanda Özəl Sənaye Məhəlləsi dövlət qeydiyyatına alınıb - ŞİRKƏTLƏR BURADA REZİDENT OLA BİLƏRLƏR
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
Dekabrın 10-da gözlənilən hava şəraiti











.jpg)










.jpg)


