Azərbaycan Minifutbol Federasiyası və Abşeron Ticarət Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı
Azərbaycan minifutbol milli komandasının rəsmi oyun formalarında Abşeron Ticarət Mərkəzinin adı yer alacaq.Azərbaycan Minifutbol Federasiyası ilə Abşeron Ticarət Mərkəzi arasında yeni sponsorluq müqaviləsi imzalanıb.
Müqavilə federasiyanın rəsmi nümayəndələri ilə ticarət mərkəzinin rəhbərliyi arasında keçirilən görüş çərçivəsində rəsmiləşdirilib.
Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov və Abşeron Ticarət Mərkəzinin kommersiya direktoru Faiq Mədətov iştirak ediblər.
Tərəflər arasında imzalanmış razılaşmaya əsasən, bundan sonra Azərbaycan minifutbol milli komandasının rəsmi oyun formalarında Abşeron Ticarət Mərkəzinin adı yer alacaq.
Taleh Nəsibov çıxışında bildirib ki, yeni əməkdaşlıq milli komandanın inkişafına və idmanın geniş təbliğinə töhfə verəcək:
“Biz bu əməkdaşlığı idmana dəstəyin və sosial məsuliyyətin nümunəsi kimi qiymətləndiririk. Abşeron Ticarət Mərkəzi ilə birgə fəaliyyətimiz həm federasiyamız, həm də milli komandamız üçün yeni imkanlar açacaq.”
Abşeron Ticarət Mərkəzinin kommersiya direktoru Faiq Mədətov isə öz növbəsində bildirib:
“Minifutbolun ölkəmizdə sürətlə inkişaf etdiyini görmək çox sevindiricidir. Biz bu prosesin bir parçası olmaqdan məmnunuq və milli komandamıza gələcək yarışlarda uğurlar arzulayırıq.”
Tədbirin sonunda tərəflər qarşılıqlı əməkdaşlığın rəmzi olaraq bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























