Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı dəyişməyərək eyni səviyyədə qalıb.Dövlət Statistika Komitəsi demoqrafik vəziyyət barədə məlumatları açıqlayıb.
Marja xəbər verir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 32 min 109 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 256 min 998 nəfərə çatmışdır.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.12.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərə 23 min 394 nəfər keçmiş məcburi köçkün geri qayıtmış, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 64 min 512 nəfər təşkil etmişdir.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 min 802 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Doğulan körpələrdən 2714-ü əkiz, 81-i isə üçəm olmuşdur.
2025-ci ilin on ayı ərzində ölkədə 49 min 846 ölüm halı qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalmışdır.
Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 min 739 nikah və 17 min 254 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 38 d. əvvəl
-
- 51 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























