970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin edilərək bazar yenidən qurulub.

Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda bildirilir ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.

Hazırda bir neçə heyvan bazarında da rekonstruksiya işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə bu bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir. Belə ki, həmin heyvan bazarlarında AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, rekonstruksiya işləri icra olunmaqdadır.

Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.

Bərdə Alpoud heyvan bazar fəaliyyətə başlanıb Qida Təhlükəsizliyi Agentliyi qiymətləndirmə biotəhlükəsizlik tələblər təmin edilib bazar yenidən qurulub giriş baytarlıq nəzarət məntəqə dezbaryer platforma çardaqlar pavilyon asfaltlama betonlama heyvan rifah su yem təminat tullantı daşınması Göygöl Göyçay Salyan rekonstruksiya işlər eskiz layihə Ağcabədi Beyləqan Biləsuvar Masallı Şamaxı Abşeron Kollegiya Qərar norma qaydalar qeydiyyat izləmə sistem insan sağlamlıq təhlükəsiz qida
16.12.2025 16:26

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18