Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməli qoyuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməli qoyuldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.

Dövlətimizin başçısına binada yaradılacaq şərait barədə məlumat verildi.

Reklam_3_11

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.

Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.

Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.

Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.

İlham Əliyev Qarabağ Universiteti Xankəndi şəhəri Mühəndislik fakültəsi təməlqoyma mərasimi Prezident İlham Əliyevin səfəri ali təhsil infrastrukturu Qarabağda təhsil layihələri mühəndislik təhsili innovasiya yönümlü kadr hazırlığı tətbiqyönümlü mühəndislik akademik struktur bölməsi professor-müəllim heyəti tələbə kontingenti bakalavriat ixtisasları elektrik və elektronika mühəndisliyi inşaat mühəndisliyi mexatronika və robototexnika logistika və nəqliyyat texnologiyaları kompüter mühəndisliyi data analitika riyaziyyat ixtisası yeni ixtisasların açılması müasir tədris binası laboratoriyalar və auditoriyalar elmi-tədqiqat və innovasiya məkanları kitabxana infrastrukturu ali təhsildə innovativ metodlar Qarabağda universitet quruculuğu mühəndis kadrların hazırlanması Azərbaycan ali təhsil sistemi regional inkişaf və təhsil Xankəndidə universitet binası.
23.12.2025 15:22

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18