Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bakıda “Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və “Award Organizers Group”un birgə təşkilatçılığı ilə ilin ən böyük “networking” tədbiri olan 12-ci “Caspian Business Award 2025” beynəlxalq mükafatının təltifetmə mərasimi keçirilib.
“Caspian Business Award 2025” 6 ay ərzində şirkət sahibləri və rəhbərlər arasında keçirilən sorğu nəticəsində təqdim olunur. Təltifetmə mərasimi çərçivəsində müxtəlif sahələrdə yüksək nailiyyətləri, bazarda davamlı inkişafı və innovativ yanaşmaları ilə seçilən şirkətlər və sahibkarlar mükafata layiq görülüblər.
"İnci Şirkətlər Qrupu"nun İdarə Heyətinin sədri Mikayıl Yusifov “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə” 12-ci “Caspian Business Award 2025” mükafatına layiq görülüb.
“Caspian Business Award 2025” mükafatı ilə təltif olunan hər bir şirkət öz sahəsində liderlik nümunəsi göstərərək innovativ yanaşmaları, dayanıqlı inkişaf strategiyaları və yüksək korporativ mədəniyyətləri ilə yerli bazarda, eyni zamanda regional və qlobal miqyasda rəqabətədavamlı olduqlarını sübut edirlər.
“İnci Şirkətlər Qrupu” distribyutor və satış fəaliyyətlərilə məşğuldur. "Ofisait" mağazalar şəbəkəsi “İnci Şirkətlər Qrupu” tərəfindən idarə olunur. Şirkətə məxsus "Oyal", "ÖzOkul", "Assis", "Cassa", "Quiks" və s. brendlər gündəlik həyatı asanlaşdıran etibarlı markalardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





