Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2025-ci il üzrə ilkin hesabatında bildirilib.
İllik müqayisədə ticarət əməliyyatlarının həcmi 3,82% artıb.
Hesabat ilində Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,3% payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, ABŞ, Rusiya, Çin, Qırğızıstan və Almaniyadan sonra yeddinci yerdə qərarlaşıb.
Gürcüstandan Azərbaycana 697,2 milyon ABŞ dolları dəyərində məhsul ixracı həyata keçirilib ki, bu da illik müqayisədə 3,8% azdır. Azərbaycan Gürcüstanın ixracında 9,6% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra dördüncü yeri tutub.
Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 2024-cü illə müqayisədə 13,2% artaraq 661 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan 3,6% payla qonşu ölkənin Türkiyə, ABŞ, Çin, Rusiya və Almaniyadan sonra altıncı əsas idxal tərəfdaşı olub.
2025-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 25,8 milyard ABŞ dolları olub ki, bunun da 7,29 milyard ABŞ dollarını qonşu ölkədən ixrac olunmuş məhsulların, 18,5 milyard ABŞ dollarını isə idxal məhsullarının dəyəri təşkil edib.
Qeyd edək ki, 2024-cü illə müqayisədə Azərbaycan ötən il Gürcüstanın xarici ticarətində və ixracında mövqelərini itirib. Belə ki, həmin ildə Azərbaycan qonşu ölkənin altıncı əsas ticarət, Qırğızıstan, Qazaxıstandan sonra isə üçüncü əsas ixrac tərəfdaşı olub. Son iki ildə Azərbaycan Gürcüstanın idxal tərəfdaşları arasındakı mövqeyini (altıncı yer) isə qoruyub saxlayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 d. əvvəl
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
16 d. əvvəl
"N.Nərimanov" metrosu yaxınlığında, faizsiz kreditlə, premium mənzillər
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Reytinq agentliyindən Azərbaycanın valyuta məzənnəsi rejimilə bağlı proqnoz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Prime Cotton” şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
Rusiyada Çin şirkətlərinin sayı 5 ildə 10 dəfə artıb
"Banklar tələblərə riayət edirlər - müqavilə bağlanılmazdan əvvəl istehlakçılara məlumatlar təqdim edilir"
"Rəqəmsal transformasiyanın dərinləşdirilməsi baxımından rəqəmsal bankların formalaşdırılması zəruridir"
Ən çox oxunanlar
“Prime Cotton” şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunub
Martın 11-də gözlənilən hava şəraiti
Dövlət Vergi Xidməti 2 ayda 3 milyard manatdan çox vergi yığıb
Nəhəng neft şirkətinin rəhbərindən xəbərdarlıq: "Fəlakət ola bilər"
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!






















