Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Brand Finance-in yeni hesabatına görə NVIDIA dünyanın beşinci ən dəyərli markasıdır.

Marja xəbər verir ki, Dünyanın aparıcı brend qiymətləndirmə konsaltinq şirkəti olan Brand Finance-in məlumatına əsasən, NVIDIA-nın marka dəyəri 2025-ci illə müqayisədə 110% artaraq 2026-cı ildə 184,3 milyard ABŞ dollarına yüksəlib. Bu artım şirkətin qlobal süni intellekt infrastrukturunun formalaşdırılmasında mərkəzi rolunu əks etdirir. NVIDIA 2025-ci illə müqayisədə reytinqdə dörd pillə irəliləyərək TikTok/Douyin, Walmart, Samsung Group və Facebook-u marka dəyərinə görə geridə qoyub.

Bununla belə, bütün süni intellekt markaları eyni yüksəlişi yaşamır. Intel-in marka dəyəri təxminən 3% azalaraq 13,9 milyard dollara enib, NVIDIA və AMD isə sürətlə yüksəlməyə davam edir. AMD-nin marka dəyəri hazırda 19,2 milyard dollar səviyyəsində qiymətləndirilir. Reytinqə yeni daxil olan OpenAI isə 14,1 milyard dollarlıq marka dəyəri ilə 178-ci yerdədir.

Brand Finance-in İdarə Heyətinin sədri və baş icraçı direktoru Devid Heyq bildirib:

“Süni intellekt innovasiyalarından dəyər əldə etmək uğrunda gedən kəskin rəqabət şəraitində Intel getdikcə geridə qaln oyunçu kimi qəbul olunur, NVIDIA və AMD kimi rəqiblərin marka dəyərləri isə artan süni intellekt tələbi fonunda sürətlə yüksəlir. Bu, Intel üçün həlledici bir məqamdır: ya sürətlə innovasiya edəcək, ya da geridə qalmaq riski ilə üzləşəcək. Bununla yanaşı, marka dəyərinə təzyiqlər artsa da, Intel-in brendi ildən-ilə möhkəmlənib. Əsas çağırış bu gücü real performansa çevirməkdir, əks halda 2026-cı ilin ən mühüm artım hekayəsində aktuallığını itirə bilər.”

İş elanları AzVak.az-da

Brand Finance məlumatlarına görə, 2026-cı ildə qlobal iqtisadi artımın real ifadədə 3%-dən bir qədər aşağı səviyyədə qalacağı, 2025-ci ildəki 2,8%-lik göstəricidən cüzi artım göstərəcəyi gözlənilir.

Dünyanın ən dəyərli 500 markasının ümumi dəyəri illik müqayisədə 11% artaraq 2025-ci ildəki 9,5 trilyon dollardan 2026-cı ildə 10,4 trilyon dollara yüksəlib.

Brand Finance-in “Global 500 2026” araşdırmasına əsasən, Apple dünyanın ən dəyərli markası mövqeyini qoruyaraq 6% artımla 607,6 milyard dollar marka dəyərinə çatıb. Cihaz satışlarında artım məhdud qalsa da, reklam, bulud xidmətləri və App Store daxil olmaqla xidmətlər sahəsi şirkətin 2025-ci ilin dördüncü rüb üzrə maliyyə nəticələrinə əsasən performansı gücləndirməyə davam edib. Bu artım Amerika qitəsi, Avropa və Asiya-Sakit okean regionlarında sabit tələblə dəstəklənib.

2026-cı ildə Global 500 siyahısında ilk 10 marka ümumi marka dəyərinin 27%-ni təşkil edir ki, bu da ABŞ-ın aparıcı texnologiya nəhənglərinin qlobal iqtisadiyyatda üstünlüyünün davam etdiyini göstərir. İlk onluqdakı markalardan altısı ABŞ texnologiya şirkətləridir. Apple-dan sonra Microsoft 2026-cı ildə 23% artımla 565,2 milyard dollardan çox marka dəyəri ilə dünyanın ikinci ən dəyərli markasıdır. Google (5% artımla 433,1 milyard dollar) və Amazon (4% artımla 369,9 milyard dollar) isə müvafiq olaraq üçüncü və dördüncü yerləri qoruyub.  NVIDIA 184,3 milyard ABŞ dolları marka dəyəri ilə dünyanın beşinci ən dəyərli markasıdır.

Devid Heyq bu barədə əlavə edib:

“Global 500 siyahısının zirvəsindəki marka dəyəri artımı məhsuldarlığı, səmərəliliyi və uzunmüddətli innovasiyanı təmin edən markalara maraqlı tərəflərin yüksək etimadını əks etdirir. Dünyanın ən dəyərli markaları əsasən texnologiya yönümlü və ya texnologiya ilə sıx bağlıdır – Apple, Microsoft və Google kimi köklü liderlərdən tutmuş NVIDIA kimi süni intellektlə güclənən yeni nəhənglərə qədər. Eyni zamanda, ən sürətlə böyüyən markalar rəqəmsal əsaslı və yarımkeçirici sektoruna yönəlib ki, bu da texnoloji liderliyin davamlı marka gücünə necə çevrildiyini göstərir. Bu, müasir dünyanın aydın göstəricisidir, çünki inkişaf edən texnologiyalar rəqabət üstünlüyünü yenidən müəyyənləşdirir.”

YouTube Brand Strength Index (BSI) üzrə 100 baldan 95,3 bal toplayaraq 2025-ci ildəki səkkizinci yerdən yüksələrək dünyanın ən güclü markası olub. Brand Finance-in 10 bazarda apardığı araşdırma göstərib ki, onların 8-də respondentlərin 90%-dən çoxu YouTube-u tanıyır və 70%-i platformadan istifadə etməyi düşünür. Bu, YouTube-un geniş tanınmanı aktiv istifadəyə və qlobal marka kapitalına çevirmək qabiliyyətini, həmçinin əyləncə, öyrənmə və onlayn icmalar üçün əsas platforma rolunu əks etdirir. Apple, Nike, Coca-Cola və McDonald’s kimi dünyanın ən dəyərli markaları auditoriya ilə əlaqəni gücləndirmək üçün YouTube-dan istifadə edir.

WeChat 100 baldan 95,1 BSI göstəricisi ilə ikinci yerə enib, Microsoft isə səkkiz pillə yüksələrək 94,7 bal ilə üçüncü olub. Brand Finance məlumatlarına görə, Global 500 siyahısındakı 38 marka AAA+ marka gücü reytinqinə layiq görülüb.

Böyük Britaniyaya məxsus fintex markası Revolut dünyanın ən sürətlə böyüyən markası kimi önə çıxıb. 2026-cı ildə Revolut-un marka dəyəri 2025-ci ildəki 1,9 milyard dollardan 239% artaraq 6,6 milyard dollara yüksəlib. Marka bu il ilk dəfə Global 500 siyahısına (393-cü yer) daxil olub ki, bu da Meksika və Hindistan kimi yeni bazarlara genişlənmə hesabına əldə olunan güclü gəlir artımını əks etdirir. 100 baldan 72,6 BSI göstəricisi ilə Revolut qlobal miqyasda güclü tövsiyə səviyyəsinə malikdir və şifahi tövsiyə göstəricisi 10 üzərindən 9,2 bal təşkil edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Global 500 2026 reytinqində yer alan 192 Amerika markası ümumi marka dəyərinin yarıdan çoxunu formalaşdırır. Çin 68 marka ilə 15%-dən bir qədər çox paya sahib olaraq ikinci yerdədir və bu siyahıya TikTok/Douyin liderlik edir. Almaniya 26 marka ilə 5%-dən çox payla üçüncü yerdə qərarlaşıb. Siyahıya dünyanın ən dəyərli telekommunikasiya markası və qlobal ilk 20-likdə yer alan yeganə Avropa markası olan Deutsche Telekom başçılıq edir.

Yaponiya və Fransa müvafiq olaraq dördüncü və beşinci yerləri tutur. Yaponiyanın 33 markası ümumi qlobal marka dəyərinin təxminən 5%-ni, Fransanın 33 markası isə bir qədər çox 4%-ni təşkil edir. Böyük Britaniya 25 marka ilə altıncı yerdə qərarlaşıb və Global 500 siyahısına ən çox yeni daxil olan ölkə olub.

Cənubi Koreya və Kanada növbəti yerlərdə qərarlaşarkən, Hindistan 14 marka ilə qlobal miqyasda doqquzuncu yerdədir.

Brand Finance “Global 500” hesabatının təqdimatını 20 yanvar 2026-cı ildə Davosda, son 6 ildə ən sürətlə böyüyən İT xidmətləri markası olan Infosys ilə tərəfdaşlıq çərçivəsində keçirilib.

Dünyanın ən dəyərli markaları (TOP 20)

1. Apple - dəyəri 607 milyard 642 miylon dollar 

2. Microsoft - dəyəri 565 milyard 250 milyon dollar 

3. Google - dəyəri 433 milyard 75 milyon dollar

4. Amazon - dəyəri 369 milyard 876  milyon dollar

5. NVIDIA - dəyəri 184 milyard 322 milyon dollar

6. TikTok/Douyin - dəyəri 153 milyard 543 milyon dollar

7. Walmart - dəyəri 140 milyard 985 milyon dollar

8. "Samsung Group" - 119 milyard 218 milyon dollar

9. Facebook - dəyəri 107 milyard 61 milyon dollar

10. State Grid Corporation of China - dəyəri 102 milyard 441 milyon dollar

11. T,Germany (Deutsche Telekom Group)

12. ICBC,China

13. Instagram

14. China Construction Bank

15. Home Depot

16. Verizon

17. Bank of China

18. Oracle

19. Agricultural Bank of China

20. Toyota

NVIDIA marka dəyəri Brand Finance Global 500 2026 NVIDIA dünyanın ən dəyərli markaları süni intellekt markaları NVIDIA süni intellekt lideri qlobal marka reytinqi 2026 Brand Finance hesabatı NVIDIA marka dəyəri artımı AI infrastruktur bazarı yarımkeçirici sektor markaları AMD marka dəyəri Intel marka dəyəri azalması OpenAI marka dəyəri texnologiya nəhəngləri reytinqi Apple dünyanın ən dəyərli markası Microsoft marka dəyəri 2026 Google marka dəyəri Amazon marka dəyəri qlobal iqtisadi artım proqnozu Global 500 ümumi marka dəyəri YouTube ən güclü marka Brand Strength Index BSI WeChat marka gücü Revolut ən sürətlə böyüyən marka fintex markaları ABŞ texnologiya şirkətləri Çin markaları Global 500 Avropa markaları reytinqi Davos Brand Finance təqdimatı
20.01.2026 16:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18