Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial media səhifəsində Davos təəssüratlarını paylaşıb.

Aktivlərinin həcminə görə, Azərbaycanın ən böyük bankının İdarə Heyətinin sədri bildirib:

"Bu il ilk dəfə Dünya İqtisadi Forumunda (World Economic Forum) iştirakçı oldum və Davosda keçirilən bu mötəbər tədbirdə ABB-ni təmsil etdim. Müxtəlif sessiyalarla, ikitərəfli görüş və müzakirələrlə zəngin, çox məhsuldar bir həftə keçdi.

Forumun ən unudulmaz, qürurverici anlarından biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin panel çıxışı idi. Dövlət rəhbərimiz mükəmməl sülh gündəliyi, ölkəmizin və regionumuzun gələcəyinə strateji baxışı ilə bölgənin aydın iqtisadi-siyasi vizyonunu formalaşdırdı.

Davos təəssüratlarımda xüsusi yer tutan bir neçə digər məqamı da bölüşüm.

- BlackRock-un CEO-su Larry Finkin Süni İntellekt və texnologiya biznesinin üç qlobal lideri - Jensen Huang (NVIDIA), Elon Musk (Tesla / SpaceX / xAI) və Alex Karpla (Palantir) ayrı-ayrılıqda apardığı müsahibələrdən özüm üçün belə bir nəticə çıxardım ki, Süni İntellektin yaratdığı əsas təsir fərqi insanlar və maşınlar arasında olmayacaq. Süni İntellekti artıq geniş miqyasda tətbiq edən iqtisadiyyatlarla onun tətbiqində hələ də tərəddüd hissi keçirənlər arasında olacaq. İcra və idarəetmə indi ideyalardan da, kapital qoyuluşu imkanlarından da daha vacibdir.

- JPMorgan Chase-in CEO-su Jamie Dimonun moderatorluğu ilə keçən, Birləşmiş Krallığın maliyyə naziri Rachel Reevesin iştirak etdiyi qapalı debata da JPMorgan-ın tərəfdaşı qismində qatılmaq fürsətimiz oldu. Bu debatın öyrətdiyi əsas həqiqəti qısaca belə ümumiləşdirərdim: İndi artım, daha çox tələbdən deyil, uzunmüddətli kapitalın nə qədər effektiv yerləşdirilməsindən yaranır.

- Elm və tibb texnologiyası sahəsindən qlobal liderlərin iştirak etdiyi beyin sağlamlığı mövzusunda sessiyada isə belə qənaət yarandı ki, beyin sağlamlığı artıq sadəcə rifah mövzusu sayılmamalıdır. O, iqtisadi bir amildir. Çünki stress, yuxusuzluq, zehni yorğunluq məhsuldarlığa, qərar keyfiyyətinə ölçüləbilən şəkildə təsir göstərir.

Bu bir həftə ərzində Davos öyrənmək, aydınlanmaq, bugünün trendlərinə əsaslanıb sabah haqqında təsəvvürləri dəqiqləşdirmək imkanları ilə dolu idi.

Burada bir daha anladım ki, çatmaq istədiyimiz hədəflər düşüncələrimizdəki anlayışları hansı şəkildə reallığa gətirəcəyimizdən asılıdır. 

Dünya İqtisadi Forumu – 2026-nın əsas mövzusu olan “Dialoq ruhu” ilə gələcəyə doğru yolumuza davam!"

ABB Abbas İbrahimov İdarə Heyətinin sədri Davos Dünya İqtisadi Forumu World Economic Forum 2026 dialoq ruhu Azərbaycan İlham Əliyev panel çıxışı sülh gündəliyi regional vizyon iqtisadi-siyasi baxış BlackRock Larry Fink süni intellekt NVIDIA Jensen Huang Elon Musk Tesla SpaceX xAI Palantir Alex Karp icra və idarəetmə qlobal texnologiya liderləri JPMorgan Chase Jamie Dimon Rachel Reeves uzunmüddətli kapital iqtisadi artım investisiya səmərəliliyi beyin sağlamlığı məhsuldarlıq qərar keyfiyyəti stress və yuxusuzluq qlobal trendlər strateji baxış
23.01.2026 14:32

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18