Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkibinə daxil olan Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib.

Dövri yerdəyişmə planına əsasən “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü Korcan Şahin öz vəzifəsini Kadir Kenan Severe təhvil verib. Kadir Kenan Sever T.C. Ziraat Bankasında Daxili Nəzarət və Risklərin İdarəedilməsi Departamentində və Bankın Audit Departamentində çalışıb və müfəttiş vəzifəsinədək yüksəlib.

Daha sonraki illərdə Pərakəndə Kreditlərinin Ayrılması və İdarə Olunması Departamentində müdir və Ziraat Bank Türkiyə filiallarında filial müdiri kimi çalışıb. 2025-ci ildə Pərakəndə Kreditlərin Ayrılması və İdarə Olunması - 1 departamentinin rəhbəri olaraq fəaliyyətini davam etdirib.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

23.01.2026 17:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18