Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
(®) Bakıda beton sahəsinə həsr olunmuş beynəlxalq “ICCX Academy Baku” konfransı və sərgisi keçiriləcək.
29 yanvarda JW Marriott Absheron Baku Hotel-də təşkil olunacaq tədbirə Norm şirkəti ev sahibliyi edəcək. Bu platforma vasitəsilə Norm ölkənin inşaat sənayesinin peşəkarlarını bir araya gətirərək, yerli və beynəlxalq təcrübələrin qarşılıqlı paylaşılması üçün mühit yaradacaq.
Müasir beton texnologiyaları və inşaat sahəsindəki qabaqcıl trendləri ön plana çıxaran tədbirin gündəliyinə bir çox əhəmiyyətli mövzular daxil edilib. Konfransda Azərbaycanın inşaat sənayesinin gələcəyində innovasiyaların və dayanıqlı inkişafın rolu, əsas inşaat materialı kimi betonun əhəmiyyəti, eləcə də müasir beton istehsalında tətbiq olunan yanaşmalar və praktik həllərdən danışılacaq. Eyni zamanda, Avropa və Şərq ölkələrinin qabaqcıl təcrübələri bölüşülərək regional və beynəlxalq baxış bucaqları bir araya gətiriləcək. Konfransla yanaşı sərgi iştirakçısı olan 20-yə yaxın beynəlxalq şirkət öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edəcək.
Zəngin bilik və təcrübələrin bölüşüldüyü “ICCX Academy Baku” beynəlxalq beton konfransı və sərgisi Azərbaycanda keçirilən və Norm şirkətinin ev sahibliyi etdiyi üçüncü belə tədbir olacaq. Bundan öncə 2019 və 2023-cü illərdə keçirilmiş tədbirlər beton və inşaat sahəsinin yerli və beynəlxalq mütəxəssislərini bir araya gətirərək, sənayedəki yeniliklərlə bağlı məlumat mübadiləsinə şərait yaratmışdı. Bu dəfə də “ICCX Academy Baku” sektorun gələcəyinə yön verən yeni ideyaların və innovativ yanaşmaların müzakirəsini dəstəkləyən peşəkar dialoq platforması rolunu oynayacaq.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























