Samir Məmmədov “Birmarket”-in Baş İcraçı direktoru (CEO) təyin edilib
Azərbaycanın aparıcı elektron ticarət platformalası “Birmarket”-in rəhbərliyində dəyişiklik olub.
Marja xəbər verir ki, şirkətin Baş İcraçı direktoru postuna Samir Məmmədov təyin edilib. O, 5 yanvar 2026-cı il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bu vəzifəni daha əvvəl Rauf Qulaməliyev icra edib. O, “Pasha Group” ilə əməkdaşlığını Məsləhətçi vəzifəsində davam etdirəcək.
Samir Məmmədov daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı "PashaPay"in Baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb.
Qeyd edək ki, “Birmarket” Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosisteminin aparıcı brendlərindən biridir.
“Birmarket” çoxkateqoriyalı marketplace olaraq müştərilərinə gündəlik istehlak ehtiyaclarını qarşılamaq üçün geniş məhsul çeşidi təqdim edir. Platforma müxtəlif kateqoriyalar üzrə məhsulları bir məkanda cəmləyərək rahat və əlçatan alış-veriş imkanı yaradır. Bir ekosisteminin tərkib hissəsi kimi həm müştərilər, həm də tərəfdaşlar inteqrasiya olunmuş ödəniş həlləri, kredit və taksit imkanları, “Bir Bonus” və digər ekosistem üstünlüklərindən faydalana bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
53 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
54 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib















.jpg)








