Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
2025-ci ildə Bakı və ətraf ərazilərdə yerləşən dövlət orqanları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin dəyişkən iş rejimində işləyəcəyi barədə məlumatlar yayıldı. Ötən il ərzində müvafiq qanun layihəsi üzərində işlər davam etdirildi. 2026-cı ilin əvvəlində əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə bağlı Əmək Məcəlləsinə edilmiş dəyişiklik qüvvəyə mindi.
Məsafədən işləmə dövlət qurumları və özəl şirkətlər üçün effektiv daxili kommunikasiyanı həmişəkindən daha çox önəmli edir və yeni yanaşmaların tətbiqini tələb edir.
Hibrid iş rejiminin ən böyük problemlərindən biri məsafədən çalışan işçilərin şirkətdən/müəssisədən təcrid olunmuş və ya ayrılmış hiss etməmələrini təmin etməkdir. Bunun əksi olaraq, iş yerindən çalışan işçilər, təbii olaraq, həm iş yoldaşları ilə qarşılıqlı ünsiyyətdə olurlar, həm də onlarda iş yerinə aid olma hissi yaranır.
Daxili kommunikasiyada və münasibətlərin gücləndirilməsində real, şəxsi ünsiyyət həmişə bir addım öndə olub.
Bu bir aksiyomdur
Məsafədən işləyən işçilərdə isə tez-tez belə imkanlar olmaya və bu, təcrid və ya işdən uzaqlaşma hisslərinə səbəb ola bilər. Ən əsası isə, hibrid iş rejimində çalışanlar üçün vaxtında məlumat almaq çətin ola bilər. Pandemiya zamanı bu ‘qlobal eksperiment’ bütün mənfi və müsbət çalarları ilə özünü göstərdi.
Daxili kommunikasiyaya dair ən son tədqiqatlar əsasında məsafədən/hibrid iş mühitlərində effektiv və strateji kommunikasiyanı asanlaşdırmaq üçün strategiyalar müəyyənləşdirilib.
1. Dialoq qurmaq və dinləmək
Effektiv daxili kommunikasiya dialoqla başlayır. Böyük şirkətlərdə/müəssisələrdə hibrid iş rejimində çalışanların oradan qopduqlarını, təcrid olduqlarını hiss edə biləcəklərini nəzərə alaraq, rəhbərlər açıq kommunikasiya mədəniyyəti yaratmalıdırlar. Burada əməkdaşların təkcə məlumatı qəbul edən tərəf deyil, həm də söhbətin fəal iştirakçıları olduğu ikitərəfli yanaşma olan dialoq ünsiyyəti vacibdir. İşçilər öz fikirlərinin eşidildiyini və qiymətləndirildiyini hiss etdikdə, bu, onların təşkilatla psixoloji bağını gücləndirir və nəticədə ora bağlılığı artırır.
Praktiki məsləhətlər: İşçilərin öz təcrübələrini, problemlərini və uğurlarını açıq şəkildə müzakirə edə bildiyi həm rəsmi, həm də qeyri-rəsmi görüşlərin keçirilməsi olduqca faydalıdır. Bu görüşlər təkcə şirkətdaxili məlumatları paylaşmaq üçün deyil, həm də işçilərin fikirlərinin fəal şəkildə nəzərə alına biləcəyi dinləmə platforması ola bilər. Bundan başqa, işçilərin yeni iş rejimləri və iş mühitlərinə görə nə hiss etdiklərini anlamaq üçün sorğu anketləri, rəylərin bildirilməsi üçün platformalar və komanda görüşləri kimi vasitələrdən də istifadə edilə bilər. İşçiləri diqqətlə dinlədikdən sonra onlara rəylərinin dəyərli olduğunu göstərmək üçün insan resursları tərəfindən addımlar atılmalıdır. Burada daxili kommunikasiya (ictimaiyyətlə əlaqələr komandasının tərkibində olur) və insan resursları komandalarının birgə fəaliyyəti vacibdir.
2. Aydın kommunikasiya qurmaq və daxili kommunikasiya kanallarından istifadəyə strateji yanaşmaq
Xüsusilə də məsafədən işləyən işçilər işə dair gözləntiləri haqqında aydın təsəvvürün yaranması və bu təsəvvürü qurumun məqsədləri ilə uyğunlaşdırmaq üçün vaxtında, dəqiq və lazımi məlumata ehtiyac duyurlar. Unutmayaq ki, bütün kommunikasiya kanalları bərabər şəkildə istifadə olunmur və hibrid iş rejimi tətbiq edən qurumlar və şirkətlər kommunikasiya vasitəsindən asılı olaraq ondan istifadəyə daha strateji yanaşmaldır. Bəzi şirkətlər öz işçiləri ilə e-poçt və ya mesajlaşma proqramları (WhatsApp, Telegram və s.) vasitəsilə qurduqları daxili kommunikasiyanı ən uyğun hesab etsələr də, digərləri video zənglərin (Zoom, Webex, Teams və s.) və ya fiziki görüşləri daha üstün sayır. Burada əsas məsələ kommunikasiya məqsədinə və mesajın xarakterinə ən uyğun olan vasitəni seçməkdir. Digər mühüm faktor həm işçiləri kifayət qədər məlumat ilə təmin etmək, həm də onları həddindən artıq məlumat ilə yükləməmək arasında balans tapmaqdır. Şöbə müdirləri, komanda və qrup rəhbərləri öz komandaları ilə effektiv ünsiyyəti “lazımi dalğada” saxlamaq üçün uyğun kommunikasiya kanalları tapmalıdırlar. Yetər ki, işçilər tükənmişlik hisslərinə məğlub olmasınlar.
Praktiki məsləhətlər: Hər nə qədər korporativ səviyyədə idarə olunan kommunikasiya platformaları (şirkətin rəsmi e-poçtu və ya mesajlaşma sistemləri) işçilərdə etibarlılıq və peşəkarlıq təəssüratı yaratsa da, bir o qədər də iş-həyat sərhədlərini qorumaq üçün şəxsi kommunikasiya kanallarından ehtiyatla istifadə edilməsi tövsiyə olunur. Sürətli, aşağı prioritetli məlumatlar üçün e-poçtlardan və ya ani mesajlardan (IM), vacib məlumatlar və ya daha şəxsi müzakirələr üçün video zənglərdən istifadə etmək olar. Komanda əməkdaşlığı üçün Microsoft Teams və ya digər bu kimi platformalar sənəd mübadiləsinə kömək edir.
3. Kommunkasiyanın sərhədlərini müəyyən etmək
Müəssisələr işçilərin nə vaxt və necə məşğul olduqlarına dair öz sərhədlərini təyin etmək hüququna hörmət etməklə yanaşı, işlə bağlı kommunikasiya üçün sərhədləri də aydın şəkildə müəyyən etməlidir. Kommunikasiya normaları dövlət qurumları və özəl şirkətlərə görə dəyişdiyinə görə bu, onlar üçün xüsusilə vacibdir. Onların bəzilərində iş saatlarından sonra kommunikasiya üçün ciddi qaydalar olsa da, digərlərində bunlar olmaya bilər. Belə olan halda, qurum/şirkət rəhbərləri iş saatlarından kənar və gecə saatlarında email göndərmək kimi kommunikasiya vərdişlərinin hər iki tərəfin gözləntilərinə necə təsir edə biləcəyini nəzərə almalıdırlar.
Praktiki məsləhətlər: Şirkətdaxili ümumi və ya daha kiçik komandalar daxilində məlumatların necə və nə vaxt paylaşılacağına dair gözləntiləri müəyyən edən aydın daxili kommunikasiya protokolu və iş saatlarından sonra daxili kommunikasiya üzrə təlimat hazırlanmalıdır. İşçiləri hibrid iş mühitlərinə uyğunlaşdırmaq məqsədilə onlar üçün rahat kommunikasiya seçilməli və işçilərin şəxsi sərhədlərini təyin etmək hüququna hörmət edilməlidir. Hibrid iş mühitində strateji və effektiv daxili kommunikasiya işçilərin məlumatlı, məşğul və bir-biri ilə ünsiyyətdə olmasının əsasını təşkil edir və onların harada və necə işləməsindən asılı olmayaraq, özlərini dəyərli, dəstək görmüş və motivasiyalı hiss etmələrinə kömək edir.
Müəllif haqqında:
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin müəllimi, Strateji kommunikasiya və media üzrə ekspert, təlimçi Günel Əhmədova
Mob: 055 276 91 94
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
29 d. əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
47 d. əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
1 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
1 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Ən çox oxunanlar
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)











