Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.

Marja.az xəbər verir ki, görüşdə qeyd olunan sahədə qanunvericiliyə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Xüsusilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə edilmiş dəyişikliklər çərçivəsində arağın illik minimum istehsal həcmi ilə bağlı tələblər diqqətə çatdırılıb, bu tələblərə riayət edilməməsinin qeydiyyatın ləğvi üçün əsas olduğu vurğulanıb, fəaliyyətin qanunvericiliyin tələbləri çərçivəsində davam etdirilməsi məqsədilə real istehsal həcmlərinə uyğun dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasının vacibliyi bildirilib.

Reklam_3_11

Qeyd edək ki, qanunvericiliyə əsasən, alkoqollu içki olan araq üzrə 2024–2025-ci illər üçün minimum istehsal həcmi 20 min dekalitr, 2026–2027-ci illər üçün isə 30 min dekalitr həcmində müəyyənləşdirilib. Bu tələb 2032-ci ilə qədər mərhələli şəkildə artırılmaqla 100 min dekalitrə çatdırılacaq.

Görüş zamanı aksizli malların, o cümlədən alkoqollu içkilərin (pərakəndə satış istisna olmaqla) nağd qaydada və qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə rəsmiləşdirilmədən alqı-satqısının həyata keçirilməsinin, habelə aksiz markası ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış məhsulların istehsalı və satışının yolverilməz olduğu vurğulanıb. Bu sahədə vergi nəzarəti tədbirlərinin mütəmadi olaraq həyata keçiriləcəyi bildirilib.

Vergi ödəyiciləri tərəfindən ünvanlanan suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

27.01.2026 16:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18