Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İcbari Sığorta Bürosu”nun yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yüksək seysmik risk zonasında yerləşməsi bu amilin ölkənin sosial-iqtisadi təhlükəsizliyinə təsirinin nəzərə alınmasını zəruri edir. Ölkəmizdə yaşayış binalarının və sənaye obyektlərinin tikintisinin intensiv inkişafı fonunda isə ayrı-ayrı şəhərlər, yaşayış məntəqələri və tikinti obyektləri  üzrə zəlzələ təhlükəsinin dərəcəsinin etibarlı və elmi əsaslarla qiymətləndirilməsinə xüsusi ehtiyac yaranır.

Bu qiymətləndirmə fövqəladə hallar və onların yarada biləcəyi mümkün sosial-iqtisadi zərərlərə qarşı ölkənin müdafiə sisteminin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Katastrofik risklərin effektiv idarə olunması məqsədilə beynəlxalq təcrübənin, o cümlədən bu sahədə qabaqcıl mövqeyə malik olan qardaş Türkiyə Respublikasının müvafiq təcrübəsinin öyrənilməsi də mühüm əhəmiyyət daşıyır.

Bu məqsədlə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) tərəfindən təbii fəlakətlər, xüsusilə zəlzələ riskləri üzrə analitik modellərin hazırlanması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirilir.

İcbari Sığorta Bürosu ilə Türkiyənin “T-Rupt” Texnoloji A.Ş. şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq  “CatMod Azərbaycan” adlı seysmik risk modeli hazırlanıb.

Layihə çərçivəsində görülmüş işlərin icra vəziyyətini müzakirə etmək məqsədilə Türkiyənin “T-Rupt” Texnoloji A.Ş. şirkətinin nümayəndələri ilə görüş keçirilib.Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyətinin və sığorta sektorunun iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, hazırlanan modelin əsas məqsədi təbii fəlakətlərin daşınmaz əmlaka mümkün təsirini obyektiv şəkildə qiymətləndirmək, sığorta şirkətləri üçün risklərin daha dəqiq modelləşdirilməsini təmin etməkdir. Bununla yanaşı, model sığorta sektorunun fövqəladə hallara hazırlıq və cavabvermə imkanlarını gücləndirməyi hədəfləyir.

 “CatMod Azərbaycan” layihəsi ölkədə daşınmaz əmlakın icbari sığortası sisteminin dayanıqlığının artırılmasına, risklərin elmi əsaslarla idarə olunmasına və sığorta bazarının uzunmüddətli və dayanıqlı inkişafına mühüm töhfə verəcək.

İcbari Sığorta Bürosu seysmik risk zonası zəlzələ təhlükəsi sosial-iqtisadi təhlükəsizlik təbii fəlakətlər katastrofik risklər risklərin idarə olunması analitik modellər seysmik risk modeli CatMod Azərbaycan daşınmaz əmlakın icbari sığortası sığorta sektoru risk modelləşdirilməsi fövqəladə hallar sığorta dayanıqlığı elmi əsaslı qiymətləndirmə T-Rupt Texnoloji A.Ş. Türkiyə təcrübəsi beynəlxalq təcrübə Mərkəzi Bank sığorta bazarının inkişafı uzunmüddətli dayanıqlıq.
29.01.2026 14:43

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18