Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi - "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"

"Qızılın qiymətlərində son dövrdə müşahidə olunan ucuzlşama müvəqqətidir, qiymət 6 min dollara doğru yüksələcək"
iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi -  "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniya bankı Deutsche Bank qızılın qiymətlində son günlər müşahidə olunan azalmanın davamlı bir tendensiya dəyişikliyinə işarə etmədiyini bildirərək, qızılın unsiyasının qiymtinin 6 min dollara doğru yüksələcəyini proqnozlaşdırmaqda davam edir.

Marja xəbər verir ki, Banka görə, son ucuzlaşmaya baxmayaraq qızıl üçün qiymət proqnozu 6 min dollar səviyyəsində saxlanılıb.

Qurumun analitikləri qeyd edib ki, mərkəzi bankların alışları da daxil olmaqla sarı metalın əsas hərəkətverici amilləri “müsbət olaraq qalmaqdadır və investorların qızıla (və ümumilikdə qiymətli metallara) yatırım etmə əsaslarının dəyişmədiyinə inanılır”.

Bildirilib ki, mövcud bazar şərtləri qiymətlərdə davamlı geriyə dönüş üçün əlverişli görünmür. Eyni zamanda Çinin qiymətli metallara yönələn investisiya axınlarının əsas hərəkətverici qüvvəsi olduğuna dair əlamətlərin mövcud olduğu vurğulanıb.

Dramatik çöküş

Cümə günü əmtəə bazarlarında indiyədək müşahidə olunan ən dramatik çöküşlərdən biri yaşanıb. QIzılın unsiyasının qiyməti 5600 dollara yaxınlaşdıqdan sonra 4600 dollaradək geriləyib. Qeyd edək ki, bu gün qlobal bazarlarda qızılın unsiyasının qiyməti 4403 dolları da görüb. Bakı vaxtı ilə saat 16:00-da qızılın unsiyasının qiyməti 3 faizə yaxın ucuzlaşma ilə 4766 dollara ticarət olunub. Ötən həftə qızılın unsiyasının qiyməti 5600 dollara yaxınlşamışdı. 

Son bir neçə ildə mərkəzi bankların dolların alternativi kimi qızıl ehtiyatlarını artırması fonunda qızıl qiymətləri yüksəliş trendində idi.

Son dövrdə ABŞ aktivlərinin satışına meylin artması və Çinli spekulyatorların alış dalğası da qiymətli metallardakı yüksəlişi gücləndirmişdi. Cümə günkü çöküşün əsas səbəbkarı isə ABŞ Prezidenti Donald Trampın Kevin Varşı Federal Ehtiyat Sisteminin (Fed) rəhbəri vəzifəsinə təyin edəcəyi ilə bağlı xəbər olub. Bu xəbər dolların möhkəmlənməsinə səbəb olub, bir çox investor isə metal qiymətlərinin artıq həddindən artıq yüksəldiyini və həftələrlə davam edən fasiləsiz artımdan sonra korreksiyanın qaçılmaz olduğunu düşünürdü.

İş elanları AzVak.az-da

02.02.2026 16:11

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar