Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
ABŞ-ın texnologiya nəhəngi və Google-un ana şirkəti Alphabet, nadir rast gəlinən 100 illik istiqraz buraxmağı planlaşdırır.
Marja.az xəbər verir ki, Bloomberg-ə danışan mənbənin sözlərinə görə, 100 illik istiqraz dörd tranşla funt-sterlinqdə buraxılacaq. Bu, Alphabet-in sterlinqdə ilk istiqraz satışı olacaq və bu əməliyyatın qiymətinin 10 fevralda açıqlanacağı gözlənilir.
Bloomberg-in topladığı məlumatlara görə, sözügedən satış Motorola-nın 1997-ci ildə həyata keçirdiyi oxşar əməliyyatdan sonra bir texnologiya şirkəti tərəfindən edilən ilk ultra uzunmüddətli borc olacaq.
100 illik istiqraz bazarı əsasən hökumətlər və universitetlər kimi qurumlar tərəfindən dominantlıq edilir. Şirkətlər baxımından isə potensial satınalmalar, biznes modellərinin zamanla aktuallığını itirməsi və texnoloji köhnəlmə riskləri bu cür əməliyyatları nadir edir.
Buna baxmayaraq, texnologiya şirkətlərinin süni intellekt imkanlarını inkişaf etdirmək yarışında ön sırada qala bilmək üçün ehtiyac duyduqları yüksək borc həcmi, ultra uzunmüddətli əməliyyatların yenidən gündəmə gəlməsinə səbəb olur.
Böyük Britaniyadakı pensiya fondlarının və sığorta şirkətlərinin güclü tələbi, sterlinqi daha uzunmüddətli maliyyələşmə axtaran emitentlər üçün cəlbedici seçimə çevirib.
Bloomberg-in paylaşdığı məlumatlara görə, dövlət emitentləri istisna edildikdə, bu valyutada daha əvvəl yalnız Electricite de France SA, Oksford Universiteti və xeyriyyə təşkilatı Wellcome Trust Ltd 100 illik istiqraz buraxıb.
Bu istiqrazların hamısı faizlərin rekord aşağı səviyyələrə düşdüyü 2021-ci ildə buraxılıb. Faiz dərəcələrindəki dəyişikliklərə qarşı qiymət həssaslığını ifadə edən müddətlərinin çox yüksək olması səbəbindən, bu istiqrazların hamısı nominal dəyərindən xeyli aşağı səviyyədə ticarət olunur.
Bloomberg məlumatlarına görə, üç istiqraz arasında ən aşağı kupon dərəcəsinə malik olan Wellcome Trust tərəfindən buraxılan istiqraz hər funt üçün 44,6 pens səviyyəsində qiymətləndirilir. Məlumdur ki, istiqraz qiymətləri gəlirlərlə tərs istiqamətdə hərəkət edir.
Bununla belə, bütün super uzunmüddətli istiqrazların uğurlu olacağına zəmanət verilmir. Problemlərlə üzləşən pərakəndə şirkəti J.C. Penney Co., 100 illik istiqraz buraxdıqdan cəmi 23 il sonra, 2020-ci ildə iflas üçün müraciət edib.
Şirkət noyabr ayında 17,5 milyard dollar borc cəlb etmişdi
Alphabet sonuncu dəfə noyabr ayında ABŞ istiqraz bazarına daxil olmuş və təxminən 90 milyard dollarlıq tələb toplayan razılaşma çərçivəsində 17,5 milyard dollar borc cəlb etmişdi. Bu əməliyyat çərçivəsində şirkət ötən il ABŞ dollarında ən uzunmüddətli korporativ texnologiya istiqrazı olan 50 illik istiqraz buraxmış və bu istiqraz təkrar bazarda dəyər qazanmışdı. Alphabet həmçinin Avropada 6,5 milyard avro (7,7 milyard dollar) məbləğində istiqraz satışı həyata keçirmişdir.
Bu genişmiqyaslı borclanma addımı, Alphabet-in süni intellekt hədəflərini maliyyələşdirmək məqsədilə bu il kapital xərclərini ötən illə müqayisədə iki dəfə artıraraq 185 milyard dollara çatdıracağını açıqlamasından qısa müddət sonra atılıb.
Böyük texnologiya şirkətləri də yüksək xərcləmə planlarını açıqlayıb
Meta Platforms Inc. və Microsoft Corp. kimi digər böyük texnologiya şirkətləri də 2026-cı il üçün yüksək xərcləmə planlarını elan ediblər. Morgan Stanley böyük bulud hesablama şirkətlərinin ümumi borclanmasının 2025-ci ildəki 165 milyard dollardan bu il 400 milyard dollara yüksələcəyini gözləyir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 d. əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
2 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
2 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Ən çox oxunanlar
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar

























