Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnşaat fəaliyyətlərilə məşğul olan "Kristal Bakı" ASC 2024-cü ili 3 milyon 278 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 15 milyon 453 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Kristal Bakı" şirkətinin xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 12 milyon 175 min manat və ya  4,7 dəfə azalıb. Qeyd edək ki, "Kristal Bakı" layihələri üzrə 2024-cü ildən daha böyük məbləğdə gəlir əldə etməyə başlayıb. 

Marja.az Şirkətin maliyyə hesabatına xəbər verir ki, "Kristal Bakı" şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə cəmi 52 min manat ikən, 2024-cü ildə 58 milyon 376 min manata yüksəlib. Beləliklə, Şirkətin əsas əməliyyat gəliri 2024-cü ildə 2023-cü illə müqayisədə 1100 dəfədən çox artıb.

Reklam_3_11

Hər gün yeni vakansiyalar - AzVak.az-da

2024-cü ildə "Kristal Bakı" ASC-nin cəmi gəlirləri (əməliyyat, maliyyə və digər gəlirləri) 67 milyon 986 min manat, cəmi xərcləri 72 milyon 81 min manat, vergidən əvvəlki zərəri 4 milyon 95 min manat təşkil edib. Şirkətin mənfəət vergisi üzrə 817 min manat xərci də olub. 

ŞİRKƏT BÖYÜYÜB

31 dekabr 2025-ci il tarixində "Kristal Bakı" ASC 668 milyon 722 min manat cəmi kativlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 445 milyon 201 min manat cəmi aktivlərə malik idi (2024-cü ildə cəmi aktivləri 223 milyon 521 min manat və ya 50,2% artıb). Həmçinin, 2024-cü ilin sonunda "Kristal Bakı" şirkətinin 33 milyon 409 min manat yığılmış zərəri olub (2023-cü ilin sonunda 30 milyon 131 min manat)

Qeyd edək ki, "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz).

Əlavə edək ki, Bakıda "Nəriman Nərimanov" metro stansiyası yaxınlığında inşa edilən və nəhəng yaşayış kompleksi olan “City Garden” "Kristal Bakı” ASC-yə məxsus layihədir. Şirkət ötən il bildirmişdi ki, qanunvericiliyin tələblərinə görə, “Kristal Bakı” ASC-nin gəliri avans olaraq qeydə alınıb, daşınmaz əmlakın tikintisi layihələri başa çatıb təhvil verildikdən sonra rəsmi gəlir kimi tanınacaqdır.

"“Kristal Bakı” ASC-nin audit yoxlamasını aparmış müstəqil audit təşkilatı audit yoxlamasının nəticəsini tərtib edərək “Kristal Bakı” ASC-ə və rəsmi dövlət qurumlarına təqdim etmişdir. Hər bir peşəkar maliyyəçinin bildiyi kimi tikinti-quraşdırma işləri yekunlaşmamış tikili, bina, mənzil və yaxud hər hansı bir daşınmaz əmlakın satışından gəlir IFRS-in (Beynəlxalq Maliyyə Hesabatı Standartları) təyin etdiyi standartlara əsasən sözügedən daşınmaz əmlakın tikintisi başa çatıb təhvil verildikdən sonra rəsmi olaraq tanınır. Buna görə də həmin hesabatlarda gəlir tanınmamış və inzibati xərclər zərər kimi əks etdirilmişdir",- Şirkət açıqlamasında bildirmişdi.

İş elanları AzVak.az-da

2024-cü ilin sonunda şirkətin işçilərinin sayı 1254 nəfər olub.

Kristal Bakı ASC Kristal Bakı maliyyə hesabatı Kristal Bakı xalis zərər Kristal Bakı gəlir artımı tikinti şirkəti maliyyə nəticələri Azərbaycan tikinti sektoru 2024 maliyyə göstəriciləri 2023 maliyyə müqayisəsi əməliyyat gəlirlərinin artımı tikinti layihələri gəlirliliyi Bakıda yaşayış kompleksləri Nərimanov metro stansiyası yaxınlığı layihə Bakı
26.02.2026 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18