bp və SOCAR saziş imzaladı
bp və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəkBu gün bp və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan edərək, Xəzər hövzəsinin Azərbaycan sektorunun geoloji xüsusiyyətləri barədə ətraflı məlumat əldə edilməsini daha da genişləndirmək məqsədilə saziş imzalayıblar.
bp-nin Azərbaycan ofisinin yaydığı məlumatda bildirilir ki, hövzədə yeraltı tədqiqat işlərini birgə irəli aparmaq istiqamətində atılan mühüm bir addım kimi dəyərləndirilən bu saziş şirkətlər arasında aparılmış geniş texniki müzakirələrin və danışıqların nəticəsidir.
Sazişə əsasən, bp və SOCAR ilk dəfə olaraq müxtəlif dövrlərə aid mövcud 2D və psevdo-3D seysmik məlumat toplularını tutuşdurub birləşdirərək regional psevdo-3D seysmik məlumatlar həcmi yaratmaq üçün innovativ texnologiyaların tətbiqi ilə seysmik tədqiqat aparacaqlar. Bu, Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ilk bu cür layihə olacaq.
Tədqiqat nəticəsində əldə olunacaq psevdo-3D seysmik məlumatlar həcminin ayrı-ayrı 2D seysmik profillərdən asılılığı azaltmaqla regional geoloji interpretasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı gözlənilir. Bu, hövzə miqyasında 3D xəritələr tərtib etməyə imkan verəcək, geoloji kəşfiyyat potensialının daha yaxşı başa düşülməsini təmin edəcək və Xəzər hövzəsində gələcəkdə kəşfiyyat aparılacaq perspektivli strukturlarla bağlı riskləri azaltmağa kömək edəcək.
Əməkdaşlıq çərçivəsində SOCAR bp-yə 2D seysmik profillər, quyu məlumatları və geoloji nümunələr təqdim edəcək. bp isə öz növbəsində seysmik məlumatların emalı və nümunələrin laboratoriya analizlərini təmin edəcək. Psevdo-3D seysmik məlumatlar qabaqcıl texniki imkanlara və bu texnologiyanın tətbiqi sahəsində təsdiqlənmiş uğurlu təcrübəsi olan podratçı tərəfindən təmin ediləcək.
SOCAR-ın vitse-prezidenti Arzu Cavadova bildirib: “Bu saziş SOCAR ilə bp arasında Xəzər dənizinin Azərbaycan sektorunda əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələdir. SOCAR-ın geniş geoloji bilik və məlumat bazasının bp-nin seysmik məlumatlarının emalı mövzusunda qabaqcıl imkanları ilə birləşdirilməsi vasitəsilə, biz hövzə miqyasında biliklərimizi daha da genişləndirməyə imkan yaradan, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan tədqiqat layihəsinə start veririk.”
Mövcud seysmik məlumatların inteqrasiyası əsasında regional psevdo-3D seysmik həcmin yaradılması Xəzər hövzəsinin kəşfiyyat potensialı barədə daha dərin təsəvvür formalaşdıracaq, geoloji interpretasiyanı təkmilləşdirəcək və Azərbaycanın uzunmüddətli dəniz kəşfiyyatı strategiyasına dəstək verəcəkdir.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Dən Sparks deyib: “Bu, olduqca vacib bir birgə təşəbbüsdür və hər iki şirkətə unikal geoloji xüsusiyyətləri ilə seçilən Xəzər hövzəsi haqqında daha geniş bilik formalaşdırmağa imkan verəcək.”
Əməkdaşlığımız SOCAR-ın hövzə barədə dərin biliklərini və bp-nin qabaqcıl seysmik texnologiyalardan istifadə edərək hövzə və perspektivli strukturlar haqqında məlumatların inteqrasiya edilməsi sahəsində güclü qlobal bacarıqlarını bir araya gətirir. bp-nin dünya üzrə iri miqyaslı seysmik layihələr həyata keçirmək təcrübəsinə əsaslanaraq, bu geniş əhatəli məlumatlar toplusunu yaratmaq və təhlil etmək üçün innovativ metodlar, o cümlədən maşın öyrənməsi və yüksək performanslı hesablama tətbiq edəcəyik.
İnanırıq ki, bu tərəfdaşlıq yeni biliklər əldə etməyimizə, hövzənin xüsusiyyətlərini daha yaxşı başa düşməyimizə yol açacaq və Azərbaycanın Xəzərdə geoloji kəşfiyyatla bağlı gələcək planlarına dəstək verəcək.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























