Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra təhlükəsiz aktivlərə tələbin artması ilə ABŞ dolları bazar ertəsi kəskin bahalaşaraq son beş həftənin ən yüksək səviyyəsinə qalxıb.

Marja.az xəbər verir ki, Dolların 6 əsas valyutaya qarşı məzənnəsini izləyən Dollar İndeksi 0,6% artaraq 98,20 səviyyəsinə çatıb və yanvarın sonundan bəri ən yüksək həddə ticarət olunub.

ABŞ və İsrail həftəsonu İrana hərbi zərbələr endirib, nəticədə İranın ali rəhbəri Əli Xamanei öldürülüb. İranın cavab addımlarından sonra hücumlar bazar ertəsi də davam edib; İsrail, BƏƏ, Qətər, Bəhreyn və Küveytdə partlayışlar qeydə alınıb.

ABŞ Prezidenti Donald Trump “zərbələrin lazım olduğu müddətcə davam edəcəyini” bildirib ki, bu da uzunmüddətli münaqişə riskini artıraraq bazarlarda narahatlığı dərinləşdirib.

ING Group analitikləri qeyd ediblər ki, hadisələr dollar üçün müsbətdir və üç əsas kanal (əlaqə) təsir göstərir.

Birincisi, ABŞ-ın enerji baxımından müstəqil, Avropa və Asiyanın digər ölkələrdən asılı olmasıdır.

İkinci kanal isə bunun Federal Reserve (FED - ABŞ Mərkəzi Bankı) siyasəti üçün nə ifadə etməsidir. Analitiklər bildiriblər ki, Asiya ticarətində FED fond fyuçersləri 3–4 bənd ucuzlaşıb, çünki bazar FED-in bu il iki dəfə faiz endirə bilməyəcəyini düşünür.

Üçüncü və əlaqəli kanal – enerji qiymətlərinin artması və FED-in faiz endirimi imkanlarına dair sualların inkişaf etməkdə olan bazarlara yönələn portfel axınlarını dayandıra və hətta geri çevirə biləcəyidir.

Avro və funt geriləyib; İsveçrə frankına tələbat artıb

Avropada EUR/USD məzənnəsi 0,7% düşərək 1,1734 səviyyəsinə enib (Bakı vaxtı ilə saat 15:45-ə olan məlumat). Yaxın Şərqdəki münaqişənin regionda enerji qiymətlərini artıracağı gözləntisi vahid valyutaya (Avroya) təzyiq göstərib.

ING bildirir ki, yüksək enerji qiymətləri investorları Avropa sənayesində “iqtisadi dirçəliş” gözləntilərini yenidən qiymətləndirməyə vadar edəcək. Bununla belə, qlobal iqtisadiyyat 2022-ci ilin martında enerji qiymətləri sıçradığı dövrlə müqayisədə daha yaxşı vəziyyətdədir və fiskal dəstək daha güclüdür.

Analitiklərin fikrincə, EUR/USD asanlıqla 1,1575/1,1650 diapazonuna, hətta 1,1575/1,1600 zonasına qədər geriləyə bilər. Onların qənaətincə, bu şok enerji xarakterli olduğundan dollar ən çox fayda əldə edən valyuta olacaq.

GBP/USD 0,8% azalaraq 1,3375-ə düşüb. EUR/CHF isə 0,3% geriləyərək 0,9055 səviyyəsinə enib, çünki təhlükəsiz liman sayılan İsveçrə frankı avroya qarşı son on ildən çox müddətin ən yüksək həddinə yüksəlib.

ING əlavə edib ki, Swiss National Bank (İsveçrə Milli Bankı) üçün bu vəziyyət arzuolunan deyil və diqqət yenidən İsveçrədə mənfi faiz dərəcələrinə yönələ bilər. 

Asiya bazarları

USD/JPY məzənnəsi 0,8% artaraq 156.88 səviyyəsinə yüksəlib. Treyderlər enerji qiymətlərindəki sıçrayışın neft idxalına təsirini qiymətləndirirlər. Artan qeyri-müəyyənlik Bank of Japan-ın (Yaponiya Mərkəzi Bankı) daha ehtiyatlı mövqe tutmasına və yaxınmüddətli faiz artımı ehtimalının azalmasına səbəb ola bilər.

USD/CNY 0,4% artaraq 6,8842-yə yüksəlib və ötən həftə qeydə alınmış 34 aylıq minimumdan uzaqlaşıb. AUD/USD isə 0,7% azalaraq 0,7069-a düşüb; xam neft qiymətlərinin artması riskə həssas Avstraliya dollarına ciddi təsir göstərib.

İş elanları AzVak.az-da

ABŞ dolları bahalaşması Dollar İndeksi 98 20 təhlükəsiz aktivlərə tələbat Yaxın Şərq münaqişəsi 2026 ABŞ İsrail İran zərbələri Əli Xamenei ölümü Donald Trump açıqlaması uzunmüddətli münaqişə riski qlobal bazarlarda narahatlıq ING Group analizi enerji qiymətlərinin artması ABŞ enerji müstəqilliyi Avropa enerji asılılığı Federal Reserve faiz siyasəti FED faiz endirimi gözləntiləri FED fond fyuçersləri inkişaf etməkdə olan bazarlar kapital axını EUR/USD məzənnəsi 1 1734 avro ucuzlaşması GBP/USD 1 3375 funt sterlinq geriləməsi İsveçrə frankı təhlükəsiz liman EUR/CHF 0 9055 Swiss National Bank mənfi faiz ehtimalı Asiya valyuta bazarları USD/JPY 156 88 Bank of Japan siyasəti USD/CNY 6 8842 Çin yuanı məzənnəsi AUD/USD 0 7069 Avstraliya dolları ucuzlaşması neft qiymətləri sıçrayışı qlobal valyuta bazarları riskdən qaçış forex bazarı 2026.
02.03.2026 15:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18