Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İraq neft limanlarının bağlandığını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İraq neft limanlarının bağlandığını açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İraq Bəsrə körfəzində (İran körfəzi də adlandırılır) iki neft tankerindən birində baş verən partlayışdan sonra ölkədə neft limanlarının bağlandığı bildirilib.

İraq Xəbər Agentliyinə (INA)-ya danışan İraq Limanlar İdarəsinin baş direktoru Farhan Fartusi bildirib ki, iki neft tankerindən biri partlayıb. Hadisə nəticəsində 31 nəfər xilas edilib, itkin düşən şəxslərin axtarışı isə davam edir.

Reklam_3_11

Fartusi partlayış səbəbindən neft terminallarının fəaliyyətinin dayandırıldığını, lakin ticarət limanlarının fəaliyyətinin davam etdiyini qeyd edib. O həmçinin tankerlərdən birinin Malta bayrağı altında üzən gəmi olduğunu bildirib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Mediada çıxan xəbərlərə görə, İran dünən ən azı bir yük gəmisini vuraraq dünya neft tədarükünə qarşı təhdidlərini artırır və bildirilir ki, qlobal neft tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazında minalar yerləşdirib. İranın hərbi komandanlığı hətta dünyanın bir barel üçün 200 dollar qiymətə hazırlaşmalı lazımolduğunu da bəyan edibş Təchizatla bağlı narahatlıqları aradan qaldırmaq və qiymətləri aşağı salmaq üçün Beynəlxalq Enerji Agentliyi çərşənbə günü təsdiqləyib ki, ABŞ da daxil olmaqla 32 üzvü strateji ehtiyatlarından birlikdə 400 milyon barel neft satışa buraxacaq. Bu, Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra 2022-ci ildə qeydə alınan əvvəlki rekorddan iki dəfədən çox olacaq.

NEFTİN QİYMƏTİ YENİDƏN 100 DOLLARI KEÇİB

Neft qiymətləri cümə axşamı 9%-dən çox artaraq, Brent markalı xam neftin qiyməti bir barel üçün 100 dolları keçib. Treyderlər hesab edir ki, hökumətlərin strateji ehtiyatları bazara buraxmaq planları Yaxın Şərqdə müharibənin yaratdığı böyük təchizat şokunu tam kompensasiya edə bilməyəcək.

ABŞ-ın WTI (West Texas Intermediate) xam nefti 9% artaraq 95 dollar/barelə, qlobal etalon sayılan Brent isə təxminən 9%-dən çox yüksələrək 100,44 dollar/barel səviyyəsində ticarət olunub. Bu artım, Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency - IEA) tarixində ən böyük fövqəladə neft ehtiyatı buraxılışı elan edilməsinə baxmayaraq baş verib.

IEA çərşənbə günü bildirib ki, təşkilata üzv olan 32 ölkə fövqəladə ehtiyatlardan 400 milyon barel nefti satışa buraxacaq. Bu qərar 1973-cü il neft embarqosundan sonra yaradılmış agentliyin tarixində ən böyük koordinasiyalı ehtiyat buraxılışı hesab olunur.

ABŞ isə öz növbəsində Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara çıxarılacağını açıqlayıb. Ölkənin energetika naziri Chris Wright bildirib ki, neft tədarükləri gələn həftə başlaya bilər və prosesin təxminən 120 gün davam edəcəyi gözlənilir.

İş elanları AzVak.az-da

neft tanker partlayışı iraq bəsrə körfəzi partlayış iran körfəzi neft xəbərləri iraq neft limanları bağlandı bəsrə körfəzi tanker partlayışı hörmüz boğazı gərginliyi iran hörmüz boğazı minalar qlobal neft təchizatı riski brent neft qiyməti 100 dollar wti neft qiyməti artımı yaxın şərq enerji böhranı beynəlxalq enerji agentliyi iea strateji neft ehtiyatları 400 milyon barel abd strateji neft ehtiyatı 172 milyon barel qlobal neft bazarında gərginlik körfəz regionu neft təhlükəsizliyi enerji bazarında qiymət artımı neft tədarükü şoku qlobal enerji təhlükəsizliyi neft bazarında volatillik
12.03.2026 09:03

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18