Göygöl Şərab Zavodu nümunəvi vergi ödəyicisi kimi təltif olunub
(®) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilmiş forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənmiş vergi ödəyiciləri mükafatlandırılıb.
Forumda ölkənin iqtisadi inkişafında mühüm rol oynayan və vergi öhdəliklərini yüksək səviyyədə yerinə yetirən müəssisələr xüsusi olaraq qeyd edilib. Tədbir zamanı “Göygöl Şərab Zavodu” ASC regionlar üzrə vergi rekordçusu nominasiyası üzrə təltif olunub.
Bu mükafat müəssisənin uzun illər ərzində şəffaf fəaliyyət prinsiplərinə sadiq qalmasının, vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsinin göstəricisidir.
"Göygöl Şərab Zavodu" Azərbaycanın ən qədim şərabçılıq müəssisələrindən biri kimi yalnız keyfiyyətli məhsul istehsalı ilə deyil, həm də açıq biznes idarəetməsi, qanunvericiliyə uyğun fəaliyyət və sosial məsuliyyət prinsipləri ilə seçilir. Zavodun bu mükafata layiq görülməsi məsuliyyətli və dayanıqlı biznes modelinin nəticəsi olmaqla yanaşı, müəssisənin dövlət və tərəfdaşlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyini bir daha təsdiq edir.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisələrindən biridir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə nüfuzlu beynəlxalq mükafat və sertifikatlara layiq görülmüşdür.
Bununla yanaşı, müəssisə fəaliyyət istiqamətlərini genişləndirərək 2026-cı ildən etibarən “Göygöl” brendi altında təbii süfrə sularının və “Tutu” brendi ilə müxtəlif dadlarda limonadların istehsalına da başlamışdır. Bu yeni məhsullar şirkətin məhsul portfelini genişləndirərək istehlakçılara daha müxtəlif və keyfiyyətli seçimlər təqdim etməyə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























