Tramp: İranla müharibə bu həftə yox, amma tezliklə bitəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla davam edən müharibənin bir həftə ərzində başa çatacağını gözləmir, lakin onun sözlərinə görə, müharibə yaxın zamanda sona çatacaq.
ABŞ prezidenti qeyd edib ki, İranın hərbi potensialına ciddi zərbə vurulduğunu düşünür və müharibə bitdikdən sonra “dünya daha təhlükəsiz olacaq”.
Hörmüz boğazı ilə bağlı çağırış
Marja xəbər verir ki, Tramp çıxışı zamanı qlobal enerji təchizatı üçün kritik əhəmiyyətə malik Hörmüz boğazı böhranına da toxunub.
O, bu marşrutdan asılı olan ölkələri:
- ABŞ-a hərbi dəstək verməyə,
- boğazın açıq qalması üçün məsuliyyət paylaşmağa çağırıb.
Çin və Asiya ölkələrinə mesaj
Tramp bildirib ki, Çin, Yaponiya və Cənubi Koreya enerji ehtiyaclarının böyük hissəsini bu marşrut vasitəsilə təmin edir. Onun sözlərinə görə, bu ölkələr yalnız təşəkkür etməklə kifayətlənməməli, həm də ABŞ-a praktiki dəstək göstərməlidirlər.
Hərbi əməliyyatlar və risklər
Tramp iddia edib ki, ABŞ qüvvələri İrana məxsus onlarla mina gəmisini məhv edib, lakin boğazda hələ də mina olub-olmadığı dəqiq məlum deyil.
O qeyd edib ki, hətta belə bir ehtimalın mövcudluğu belə milyardlarla dollar dəyərində gəmilərin hərəkətinə ciddi risk yaradır.
Nüvə müharibəsi iddiası
ABŞ prezidenti hesab edir ki, İrana qarşı atılan addımlar olmasaydı, vəziyyət Üçüncü Dünya Müharibəsi səviyyəsinə çata biləcək nüvə qarşıdurmasına çevrilə bilərdi.
Tramp həmçinin iddia edib ki, İran nüvə silahı əldə etsə, ilk hədəf kimi İsraili, daha sonra isə bütün Yaxın Şərqi seçə bilər.
Gərginliyin miqyası genişlənir
ABŞ prezidenti İranın Körfəz ölkələrini hədəfə almasının gözlənilməz olduğunu bildirib və vəziyyəti “böyük şahmat oyunu” kimi qiymətləndirib.
O əlavə edib ki, İranın liderliyi ilə bağlı qeyri-müəyyənlik qalır, lakin buna baxmayaraq ABŞ-ın İran rəsmiləri ilə təmasları davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






