"Laricanini öldürdük, İran xalqına rejimi devirmək şansı verdik"
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi İran xalqına rejimi devirmək fürsəti vermək məqsədi daşıyır.
“The Times of Israel”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, Əli Laricaninin və “Bəsic” qüvvələrinin komandiri Qülamrza Süleymaninin öldürülməsi “İran xalqına fürsət vermək üçün rejimə ziyan vurmaq” cəhdi idi.
“Bu, dərhal baş verməyəcək. Asan olmayacaq, amma təkid etsək, onlara öz talelərini əllərinə almaq üçün bir fürsət verəcəyik”, - Netanyahu vurğulayıb.
O, İsrail və ABŞ arasında əməkdaşlığa da diqqət çəkib.
“Bizim Hərbi Hava qüvvələrimiz və donanmalarımız, mənimlə Prezident Trampın arasında əməkdaşlıq var. Biz həm İran rejiminə böyük təzyiq göstərən dolayı hücumlar, həm də birbaşa əməliyyatlar həyata keçirəcəyik. Hələ daha da çox sürprizlər var”, - İsrailin Baş naziri qeyd edib.
"Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, amma biz bunu havayı etdik"
İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani və onun müavini məhv edib.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın xarici işlər naziri ilə birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, “İsrail ordusu İranın yüksək vəzifəli şəxslərinə zərbə endirməklə rejimin terror fəaliyyətinə qarşı ciddi addımlar atıb”.
Saar qeyd edib ki, İranda azadlıq istəyən xalqa qarşı repressiyaların başında duran bu şəxslərin öldürülməsindən sonra indi iranlılar “daha təhlükəsiz” vəziyyətdədir.
“Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, lakin biz bunu havayı etdik”, - o əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
-
23 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 26 d. əvvəl
- 31 d. əvvəl
- 36 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək




.jpg)











.jpg)





