Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
Ağdam Sənaye Parkında fəaliyyət göstərən, ölkənin aparıcı istehsal və ixracat müəssisələrindən biri olan “Tabaterra” MMC, “British American Tobacco” şirkəti ilə əməkdaşlıq çərçivəsində ölkədə tütün məmulatları üzrə ilk keyfiyyət və sınaq laboratoriyasının rəsmi açılışını həyata keçirib.
Laboratoriya ISO17025 standartının tələblərinə uyğun Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən dövlət akkreditasiyasına təqdim edilmişdir. Eyni zamanda, bu akkreditasiya laboratoriyanın Asia Pacific Accreditation Cooperation (APAC) və International Laboratory Accreditation Cooperation (ILAC) çərçivəsində beynəlxalq tanınmasını təmin edəcəkdir. Laboratoriya beynəlxalq standartlara uyğun ən son tələblərə cavab verən müasir avadanlıqlarla təchiz olunub. Buraya siqaret çəkmə maşını, qaz xromatoqrafı və digər yüksək dəqiqlikli ölçmə cihazları daxildir.
Yeni laboratoriyanın istifadəyə verilməsi həm yerli bazar üçün istehsal olunan, həm də ölkə xaricinə ixrac olunan məhsulların qlobal keyfiyyət meyararlarına uyğunluğunun yoxlanılması və təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, “Tabaterra” MMC, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti rezidenti olaraq, Ağdam şəhərində fəaliyyət göstərir.
Qeyri-neft sektorunda “vergi rekordçusu” statusuna layiq görülən “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində dünya miqyaslı tanınmış şirkətlərə məxsus beynəlxalq brendlərin lisenziya əsasında istehsalını və ixracını həyata keçirir.
British American Tobacco (BAT), dünyanın 180-dən çox bazarında fəaliyyət göstərən qlobal, multi-kateqoriyalı istehlak malları şirkətidir və portfelinə yalnız yetkin istehlakçılar üçün istehsal olunan az riskli məhsullar və ənənəvi tütün məmulatları, o cümlədən beynəlxalq səviyyədə tanınmış “Dunhill”, “Kent”, və “Pall Mall” brendləri də daxildir.
BAT Şirkətlər Qrupunun təşəbbüsü ilə yaradılan Omni™ toplusu, tütün və nikotin sektorunda innovasiya və davamlılığa yönələn, elmi tədqiqatları və fikir mübadiləsini birləşdirən rəqəmsal resursdur.
Ətraflı məlumat üçün:
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
42 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)


.jpg)


.jpg)











