Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dövlət satınalmalarının əhəmiyyətli hissəsi müsabiqəsiz üsulla həyata keçirilib.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin iş planı çərçivəsində keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 3 560 satınalma araşdırılıb və bu proseslər 3,8 milyard manat vəsaiti əhatə edib .

"Bu satınalmaların 60 %-i - 2 119-u müsabiqəsiz, yəni bir mənbədən satınalma metodu ilə həyata keçirilib və onların ümumi dəyəri 2,0 milyard manatdan bir qədər çox olub. Audit və analitik fəaliyyətlər nəticəsində aşkar edilmiş nöqsanların 51,6 %-i büdcə qanunvericiliyi, 24,1 %-i isə dövlət satınalmaları ilə bağlı olub".

Sədr bildirib ki, satınalmalar sahəsində əsas problemlər müqavilələrin əsassız bölünməsi, satınalma ilə əhatə olunmayan xərclər, bir mənbədən satınalmanın zəruriliyinin düzgün əsaslandırılmaması, eləcə də müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlıdır.

"13 qurumda 30 halda müqavilə məbləğindən artıq xərclərə yol verilib. Bununla yanaşı, rəqabətli satınalmaların təxminən yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 % və daha çox fərqlənib. Eyni zamanda, bir mənbədən satınalma zamanı əksər hallarda ehtimal olunan qiymət hesablanmır və bu, yalnız 2 % hallarda tətbiq olunub".

Hesablama Palatasının sədri həmçinin qeyd edib ki, satınalmalar ilin gedişində qeyri-bərabər bölüşdürülür: "Belə ki, satınalmaların 60 %-i ilin ikinci yarısında, 31,2 %-i isə son rübdə həyata keçirilib. 1 400-dən çox təşkilatın 900-dən çoxunda (64 %-də) satınalma prosesinə yalnız ikinci rübdən başlanılıb. Müqavilələrin təxminən 30 %-i tam icra olunmayıb, daxili nəzarət mexanizmləri isə yalnız 10 % hallarda effektiv hesab olunur".

Sədr vurğulayıb ki, son illərdə satınalma sahəsində şəffaflığın artırılması istiqamətində islahatlar aparılsa da, yalnız elektronlaşma mövcud problemlərin tam aradan qaldırılması üçün kifayət etmir.

İş elanları AzVak.az-da

© "Report" 

13.04.2026 14:03

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar