Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
Aprelin 17-də Şabran rayonunda Quba Regional Turizm Şurasının ilk iclası keçirilib.
Tədbirdə şuranın əhatə etdiyi Quba, Qusar, Xızı, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının yerli strukturlarının nümayəndələri, həmçinin turizm sektoru ilə əlaqəli dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər.
İclas zamanı rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək regional turizm şurasının yaradılmasının ərazinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyini, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar.
Dövlət Turizm Agentliyi sədrinin müşaviri, regional şuraların sədri Kənan Quluzadə çıxışında şuranın yaradılma məqsədləri və fəaliyyətini tənzimləyən hüquqi çərçivə barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu təşəbbüs dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə, həmçinin turizm sahəsində daha səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına xidmət edəcək.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev çıxışında qeyd edib ki, regional turizm şuraları yerli turizm potensialının daha səmərəli şəkildə üzə çıxarılmasına və vahid yanaşma əsasında turizm məhsullarının inkişafına imkan yaracaq. O, bu yanaşmanın regionların həm daxili, həm də beynəlxalq turizm bazarlarında daha effektiv tanıdılmasına şərait yaradacağını bildirib.
Həmçinin Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov tərəfindən Agentliyin şuranın əhatə etdiyi rayonlarda həyata keçirdiyi fəaliyyətlər barədə təqdimat edilib.
Görüş çərçivəsində şuranın prioritet fəaliyyət istiqamətləri, regionlarda turizmin dayanıqlı inkişafını təşviq edən birgə layihələrin icrası, müxtəlif qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və operativ qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, regionlarda turizm infrastrukturunun inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və yerli əhalinin turizm fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində təqdimatlar keçirilib, növbəti mərhələdə icrası nəzərdə tutulan layihələr üzrə əsas prioritetlər müəyyənləşdirilib.
Qeyd edək ki, regional turizm şuraları turizm sahəsinin effektiv idarə olunmasının təmin edilməsi, mövcud çağırışlara çevik yanaşmaların tətbiqi, yerli səviyyədə koordinasiyanın genişləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
















