Avtovağzalda parkinqin qiyməti 4 manata çatdı
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bu qurumun ərazisinə daxil olan hər bir avtomobil sahibindən müddətindən asılı olmayaraq 1 manat ödəniş tələb edildiyi barədə mətbuatda xəbər yayılmışdı.
Məlumata görə, əksəriyyət vəziyyətdən narazı idi. Narazılığa səbəb ödənişin 5 dəqiqə müddətinə əraziyə daxil olub, sərnişini götürdükdən sonra oranı tərk edənlərə də şamil olunması idi. Ödəniş etməyənlərin yolunu isə şlaqbaum kəsir...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov avtovağzalın əsas girişində müasir ödəniş qurğuları quraşdırıldığını bildirib:
“Parkinqə daxil olan nəqliyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Artıq dayandıqda vaxta görə ödəniş edir.
20 dəqiqədən 2 saatadək – 1 manat;
2 saatdan 3 saatadək – 2 manat;
3 saatdan 6 saatadək – 3 manat;
6 saatdan 24 saatadək – 4 manat.
Avtovağzalın giriş hissələrində bu cədvəl əks olunub”.
Y.İsakov qeyd edib ki, sürücülərə təqdim edilən qəbz rəsmi sənəddir:
“Avtovağzalın yan hissəsindəki dayanacağa daxil olarkən, sürücülərə qəbz təqdim olunur, onun üzərində 1 manat ödəniş haqqı göstərilir. Bu rəsmi sənəddir və dövlət büdcəsinə müvafiq vergi ödənilir. Nəzərinizə çatdıraq ki, ərazi Avtovağzal Kompleksinə məxsusdur, ərazinin asfaltlanması, işıqlandırılması, yaşıllıq zolağının salınması, təmizlik işlərinin aparılması, nəqliyyat vasitələrinə nəzarət və həmçinin göstərilən xidmətlərə görə kommunal ödənişlər bu vəsaitlər hesabına aparılır”.
Qrurum rəsmisi onu da deyib ki, digər parkinqlərdən fərqli olaraq, yan dayanacaqda nəqliyyat vasitələrinin saxlanmasına vaxtından asılı olmayaraq 12 saatadək 1 manat ödənilir.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
14 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
14 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















