“Səba”-da qida təhlükəsizliyi necə təmin olunur?
Diqqət: Təhlükəli qida!
Demək olar ki, hər həftə mediada qidadan kütləvi zəhərlənmələrlə bağlı xəbərlərlə rastlaşırıq. Zəhərlənmələrə səbəb kimi isə müxtəlif qidalar göstərilir - “qarpızdan”, “evdə tutma turşudan”, “toyda salatdan”, hətta “öz həyətindən yığıb bişirdiyi göyərtidən” zəhərlənənlər barədə xəbərlər eşitmişik. Hələ müxtəlif qidaların tərkibindəki zərərli maddələrin illərlə orqanizmdə toplanıb, xəstəliyə səbəb olmasını demirik! Bəs, bu qədər məlumat içərisində özünüzü və yaxınlarınızı təhlükəli qidadan qorumaq üçün nə edirsiniz? Xüsusilə, evinizə ərzaq məhsulları alarkən hansı yolu seçirsiniz? Ən əsası, bu yol sizə təhlükəsiz qidanı əldə etməyə imkan verirmi?
Bəs, qida təhlükəsizliyi?
Qida təhlükəsizliyi standartına görə, qida istehsalı bütöv bir zəncirə bənzəyir. Bütün istehsalçıları, xidmət təchizatçılarını və son istehlakçını birləşdirən bu zəncirdə hər halqanın öz yeri və əhəmiyyəti var. Təhlükə istehsalın istənilən mərhələsində, həmçinin, qablaşdırma, daşınma, satış, hətta istehlak zamanı meydana çıxa bilər. Ona görə də qidanın tam təhlükəsizliyinə yalnız bütöv qida zəncirini nəzarətdə saxlayaraq zəmanət vermək olar.
Bir brend – bir zəncir!
Azərbaycan alıcısına adı və dadı ilə tanış olan “Səba”nın qida təhlükəsizliyinə öz zəmanəti var. Əvvəlcə onu qeyd etmək yerinə düşər ki, «Səba” şirkətinin həm toyuq, həm də süd məhsulları istehsalatı beynəlxalq qida təhlükəsizliyi sistemi olan ISO 22000:2005 standartına cavab verir. Lakin “Səba” istehsal prosesini standarta uyğun qurmaqla kifayətlənməyib. Şirkət qida zəncirinin bir neçə halqasını özündə birləşdirib. İnfoqrafikada daha aydın görünən bu halqalar biri-biri ilə ayrılmazdır və qarşılıqlı əlaqəlidir. Belə ki:
-"Səba" əkin sahələrində qarğıdalı və soya becərilir;
-Becərilən məhsuldan heyvanlar və quşlar üçün yem hazırlanır;
-“Səba”quşçuluq müəssisəsində quş əti istehsal edilir (bu quşlar şirkətin öz yemi ilə bəslənir, kəsimxanada halal qaydalara riayət etməklə kəsilir);
- Kəsimxanadan çıxan quş əti hazır məhsul olmaqla yanaşı, həm də kotlet və naqetlər, kolbasa və sosislər üçün xammaldır;
- Şirkət fermerlərə heyvan üçün yem satır, həmçinin həmin fermerlərdən yüksək keyfiyyətli süd toplayır. Bu süddən, itkisiz olaraq, yağ, pendir, xama, qatıq, kəsmik, ayran, quru süd alınır;
- “Səba” məhsullarının satışını daha müştəriyönlü etmək üçün özü pərakəndə satış şəbəkəsinə - “Səba” dükanlarına malikdir. Sayı 100-ə yaxınlaşan bu mağazalar qida təhlükəsizliyi sistemində şirkətin müştəriyə ən yaxın halqasıdır.
Artan halqalar – böyüyən şirkət
"Səba" qida zənciri birdən yaranmayıb və dayanmadan halqaların sayı artır, halqaların sayı artdıqca da, “Səba” məhsulları daha təhlükəsiz və etibarlı olur. Çünki bütün mərhələlərdə təhlükəsizliyə şirkətin nəzarəti güclənir. Tikintisinə yeni başlanmış orqanik gübrə zavodu da qida təhlükəsizliyi zəncirində mühüm yerlərdən birini tutacaq.
Adi sloqan deyil
"Səba" illərdir ki, "Təbiətdən mətbəxə” deyir. Bu, təkcə bazarda öz yeri olan bir brendin şüarı və ya marketinq dili ilə desək, sloqanı deyil! Bütöv bir konsepsiyadır. Təbiətdə başlayıb, mətbəxədək gedən məhsulun “Səba”-da keçdiyi yoldur. “Səba” şirkətinin tam istehsal dövriyyəsidir. Bu sağlam, təhlükəsiz məhsul istehsalı dövriyyəsi bu gün "Səba"-ya nəinki ölkə daxilində sevilən marka olmağa imkan verir, eləcə də, rəqabətin yüksək olduğu regionda yüksək ixrac qabiliyyəti nümayiş etdirməyə şərait yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 d. əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
33 d. əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
-
1 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq


























