ABŞ-da hasilatın artdığı xəbəri neftin bahalaşmasını dayandırdı
ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları keçən həftə 1,8 milyon barel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədə kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının keçən həftə 1,8 milyon barel (0,4%) azalaraq 471 milyon barelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, proqnoz ehtiyatların 3,4 milyon barel artacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 4,6 milyon barel artmışdı.
Beləcə, ABŞ-ın kommersiya xam neft ehtiyatları 3 həftə ardıcıl yüksəlişin ardından ilk dəfə azalma qeyd etmişdir.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə keçən həftə 0,8 milyon barel (0,1%) azalaraq 674,6 milyon barelə geriləyib.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 1,1 milyon barel (0,5%) artaraq 217,3 milyon barelə yüksəlib. Məlumata bağlı bazar gözləntisi 0,9 milyon barel eniş olması istiqamətində idi. Benzin ehtiyatları bir əvvəlki həftə 2,1 milyon barel azalmışdı.
XAM NEFT HASİLATI ARTIB
Bu dövrdə, ölkənin xam neft istehsalı isə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 37 min barel artaraq 9,54 milyon barelə yüksəlib.
Ölkənin xam neft idxalı söz mövzusu həftə, bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 59 min barel artımla 7,42 milyon barelə yüksələrkən, xam neft ixracatı da gündəlik ortalama 563 min barel artımla 1,49 milyon barelə çatıb.
ABŞ-da ehtiyatların azalmasına baxmayaraq xam neft hasilatının artması ilə əlaqədar olaraq neft qiymətləri bir qədər geriləyib. Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 57,70 dollara, ABŞ xam nefti isə 51,97 dolara düşüb.
Qeyd edək ki, dünən Brent neftinin qiyməti 60 dollara yaxınlaşmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






