Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
HSBC ilin sonu üzrə dollar/TL proqnozunu 48 səviyyəsindən 50 səviyyəsinə qaldırıb.. Bankın hesabatında dəyişikliyə səbəblər kimi yüksək səviyyədə davam edən inflyasiya və cari kəsirin vəziyyəti göstərilib.Dünyanın ən böyük bank və maliyyə xidmətləri qurumlardan biri olan HSBC Türkiyə lirəsinə (TL) dair son hesabatında məzənnə proqnozlarında dəyişiklik edib.
Marja.az xəbər verir ki, Bank daha əvvəl 48 olaraq proqnozlaşdırdığı ilin sonu ABŞ Dolları (USD)/Türkiyə Lirəsi (TRY) proqnozunu 50 səviyyəsinə yüksəldib.
Hesabatda bu dəyişikliyin əsas səbəbləri kimi gözləniləndən yüksək davam edən inflyasiya göstəriciləri və genişlənən cari əməliyyatlar kəsiri göstərilib.
Hesabata görə, 2026-cı ilin ilk dörd ayında inflyasiyanın 14,6 faiz artması mövcud valyuta siyasəti üzərində ciddi təzyiq yaradır.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 2026-cı ilin sonu üzrə inflyasiya proqnozunu 18 faizdən 26 faizə yüksəltməsi dezinflyasiya prosesindəki çətinlikləri ortaya qoyur.
HSBC bildirib ki, inflyasiyanın sürətləndiyi bir mühitdə Türkiyə lirəsində nominal dəyər itkisinin zəif qalması davamlı deyil və TL ilkin proqnozlaşdırıldığından daha sürətli dəyər itirə bilər.
Hesabatda qeyd olunub ki, TL-də real dəyər artımı Türkiyənin xarici dünyadakı rəqabət qabiliyyətinə mənfi təsir göstərə və mövcud məzənnə rejiminin dayanıqlılığı ilə bağlı müzakirələri gücləndirə bilər.
TCMB-nin valyuta siyasəti çərçivəsində böyük dəyişiklik gözlənilməsə də, bankın bazardakı nizamsız hərəkətlərin qarşısını almaq üçün geniş alətlər dəstindən (yüksək faizlər, valyuta svop əməliyyatları və birbaşa valyuta təklifi) istifadə etməyə davam edəcəyi bildirilib.
Lakin HSBC xəbərdarlıq edir ki, inflyasiya və cari kəsir kimi makroiqtisadi dinamika Türkiyə lirəsində daha nəzərəçarpan aşağı yönlü hərəkəti qaçılmaz edə bilər.
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
-
25 d. əvvəl
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir



















