Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
2025-ci ildə dövlət büdcəsinin xərclərində 2,8 milyard manat həcmində istifadə olunmamış vəsait formalaşıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb.
Hesabata əsasən, istifadə olunmamış vəsaitin yaranmasına bir sıra amillər təsir edib. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin, subsidiya və subvensiyaların, eləcə də dövlət sifarişi ilə həyata keçirilən layihələrin dövlət xəzinədarlığı vasitəsilə daha sıx müşahidə (nəzarət) olunması xərclərin daha qənaətlə icrasına imkan verib.
Bundan əlavə, büdcə təşkilatlarında vakant ştatların qalması, bəzi işçilərin müqavilə əsasında işə cəlb edilməməsi, xidməti avtomobillərin elektromobil və hibrid nəqliyyat vasitələri ilə əvəzlənməsi, bəzi xarici ezamiyyət xərclərinin dəvət edən tərəflər tərəfindən qarşılanması da qənaət yaradıb.
Hesabatda bildirilir ki, bir sıra satınalma prosedurlarının baş tutmaması, yerli idarələrin ləğv edilərək regional idarələrin yaradılması, həmçinin müdafiə və hüquq-mühafizə orqanlarında nəzərdə tutulan şəxsi heyət komplektləşməsinin tam təmin olunmaması da xərclərin planlaşdırılandan aşağı icra edilməsinə səbəb olub.
Qeyd edək ki, 2025-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq edilmiş proqnozdan 6,8% az icra olunub və büdcə 580 milyon manat profisitlə başa çatıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 52 d. əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib






















