Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Mobil operator ISO 10002:2018 standartına uyğunluğunu bir daha təsdiqləyib“Azercell Telekom” MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 10002:2018 “Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılması” beynəlxalq standartı üzrə növbəti uyğunluq auditini uğurla tamamlayaraq sertifikatını yeniləyib. Audit “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib.
ISO 10002:2018 standartı müştəri şikayətlərinin operativ və effektiv idarə olunmasını, müraciətlərin şəffaf şəkildə araşdırılmasını və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsini nəzərdə tutur. Sertifikatın yenilənməsi Azercell-də müştəri müraciətlərinin qəbul edilməsi, araşdırılması və cavablandırılması proseslərinin beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunduğunu təsdiqləyir.
Qeyd edək ki, Azercell bu sertifikatı ilk dəfə 2011-ci ildə əldə edib və ötən dövr ərzində müştəri məmnuniyyətinin artırılması istiqamətində tətbiq etdiyi idarəetmə sistemlərini davamlı olaraq təkmilləşdirib.
Məlumat üçün bildirək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) müxtəlif sahələr üzrə beynəlxalq standartların hazırlanmasını həyata keçirən qlobal təşkilatdır.
Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, həmçinin (012) 490 49 49 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 490 52 52 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə günün 24 saatı müraciət etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
30 d. əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
55 d. əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
1 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















