Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanının qiyməti açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiricək.
DİM-dən verilən məlumata görə, “Elektron sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” 29 sentyabr saat 10:00–dan 3 oktyabr saat 18:00–dək davam edəcək.
Elektron sınaq imtahanı oktyabrın 5-də DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında keçiriləcək və saat 10:00-da başlayacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır.
“Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
19 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
14 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























