Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Tesla üç sıra oturacaqlı və altı yerlik Model Y Long Wheelbase (Model YL) modelini ABŞ və Puerto-Rikoda satışa təqdim edib.Tesla ən çox satılan modeli olan Model Y-nin üç sıra oturacaqlı versiyasını ABŞ-dakı müştərilərin istifadəsinə verdiyini açıqlayıb.
Marja xəbər verir ki, Şirkət sosial media hesabında etdiyi paylaşımda müştərilərin artıq ABŞ və Puerto-Rikoda Model Y Long Wheelbase (Model YL) modelini sifariş edə biləcəyini bəyan edib.
İlon Maskın rəhbərlik etdiyi avtomobil istehsalçısı sözügedən modeli ötən il Çində satışa çıxararaq güclü rəqabətin hökm sürdüyü bazarda orta sinif ailələri hədəfləmişdi.
Üç sıra üzrə altı oturacağa malik Model YL-nin daha geniş avtomobilə üstünlük verən amerikalı istehlakçılar üçün cəlbedici seçim olacağı gözlənilir. Mask ötən ilin avqustunda verdiyi açıqlamada modelin ABŞ-da 2026-cı ilin sonlarına qədər istehsala buraxılmayacağını, hətta avtonom avtomobillərin geniş yayılması səbəbindən ümumiyyətlə istehsal olunmaya biləcəyini bildirmişdi.
Tesla üçsıralı Model Y-nin ABŞ-da satışa çıxarılmasını - analitiklərin gözləntilərini üstələyən ikinci rüb üzrə tədarük göstəricilərinin açıqlanmasından sonra elan edib.
Müştərilərin xəbərləri
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
23 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 19 saat sonra
-
-
27 d. əvvəl
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
- 38 d. əvvəl
-
46 d. əvvəl
İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
-
1 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
1 saat əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Ən çox oxunanlar
Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
























