Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək - proqramı elan edilib
Oktyabrın 12-13-də Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək. Sammit bu tədbirin baş tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Argus” Qlobal Beynəlxalq Qiymət Agentliyi tərəfindən təşkil edilib.
Sammitin təşkilatçılarının təqdim etdiyi ilkin proqrama əsasən tədbirin rəsmi açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Geri Consun, energetika nazirinin Müavini natiq Abbasovun, “Argus Media”nın Rusiya, MDB ölkələri və Baltikyanı dövlətlərdə rəhbəri Vyaçeslav Mişşenkonun iştirak edəcəyi gözlənilir.
Sammitin sessiyalarında aşağıdakı mövzular müzakirə ediləcək: “Xəzər regionunun neft məhsulları bazarı”, Xəzər regionunda neft ixracının perspektiv istiqamətləri”, “Xəzər regionu ölkələrində neft və neft məhsulları bazarlarının inkişaf dinamikası”, “Xəzər regionunun nəqliyyat-logistika infrastrukturu”, “Azərbaycanda dəmiryol daşımalarının inkişaf meylləri”, “Qitələrarası dəmiryol dəhlizləri – Xəzər regionunda yeni imkanları”, “Xəzər regionunda maye yüklərin dəmiryol ilə daşınması”, “Azərbaycanın nəqliyyat infrastrukturunun vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda neft emalı”, “Xəzər regionunda mini neftayırma zavodlarının cari vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda dəniz daşımaları”, “Azərbaycanın Xəzər dəniz gəmiçiliyi idarəsinin neft və neft məhsullarını nəqletmə potensialı”, “Azərbaycanın kimya sənayesi: istehsal, daşıma, satış”, “Həmhüdud dövlətlərin neft-kimya bazarı”, “Xəzər regionunun qaz nəqletmə layihələri”, “Xəzər regionunun qaz dəhlizlərinin inkişafı – Cənub Qaz Dəhlizi” və s.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




