Dollar trendi qırdı - fondlar alışa keçib
Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-da məşğulluq göstəricisinin proqnozu qarşılaması Dolları dəstəkləyə bilər.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Bloomberg Dollar İndeksi, ABŞ-da Cümə günü açıqlanacaq məşğulluq hesabatı ərəfəsində bir ilin ən yaxşı həftəlik qazancını qeyd etməyə yönəlib.
Dolların on mühüm valyuta qarşısındakı dəyərini təqib edən göstərici, Cümə günü builki aşağı istiqamətli trendini qırıb. İndeksin bu həftəni artım ilə başa vurması, aşağı istiqamətli mövqelər üzərindəki təzyiqi artıra bilər. London və Avropada olan treyderlərə görə, hedc və digər fondların dollar alışlarında Oktyabr ayında artım qeyd edilib.
ABŞ kənd təsərrüfatı xaric məşğulluq göstəricisi Fed-in 2017-ci il başa çatmadan 3-cü dəfə faiz artırıb-artırmayacağı barədə investorlara ipucu verəcək. Məlumat, Dolların gedişi baxımından da əhəmiyyət daşıyır. Sentyabr ayında məşğulluğun 100 min artacağı gözlənilir. Göstəricinin aşağı düşməsinin də, Dolların bahalaşmasına mənfi təsir göstərməyəcəyi bildirilir. Çünki Sentyabrda məşğulluqdakı geriləmə qasırğaların təsiri ilə ola bilər.
Bloomberg Dollar İndeksi 1171.94 bəndi görüb. Dollar/yen məzənnəsi isə 0.11 faiz qalxaraq 112.94 səviyyəsindən alıcı tapıb. Avro/Dollar məzənnəsi isə 1.1706 səviyyəsinə düşüb ( Avro ucuzlaşıb, Dollar bahalaşıb).
Fed-in 2017-ci ilin Dekabr ayında faiz artıracağı ehtimalı 73.3 faiz səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)





