"Qadın sürücü" qadağasının ləğvində pərdə arxası məlum oldu
Səudiyyə Ərəbistanı Kral Divanının Sentyabr ayında imzaladığı fərmana görə, qadınlar da vəsiqə alaraq avtomobil sürə biləcəklər.
Qadağanın ləğv edilməsi bütün dünyada müsbət bir addım olaraq qiymətləndirilərkən, bu qərarın arxasındakı gerçək də ortaya çıxıb.
"Marja" "Quartz"a istinadən xəbər verir ki, bu qadağanın ləğv edilməsində qlobal nəqliyyat nəhəngi "Uber" mühüm bir rol oynayıb.
Xəbərə görə, ortaqları içərisində Səudiyyə Ərəbistanı Dövlər Sərmayə Fondunun (PIF) da olduğu Uber bağlı qapılar arxasında Səudiyyə səlahiyyətlilərinin bu qadağanı aradan qaldırılması üçün sıx lobbi işi aparıb.
Şirkətin Orta Şərq əməliyyatlarına yaxın bir mənbənin "Quartz"a verdiyi açıqlamaya görə, Uber, Səudiyyə səlahiyyətliləri ilə keçirilən yığıncaqlarda PIF-in ən çox sərmayəsini etdiyi şirkətlərdən biri olaraq da gücünü istifadə edərək, bu mövzunu tez-tez dilə gətirib. Uber-in məqsədi isə ölkədə yalnız kişilərin deyil, qadınların da daxil olduğu daha geniş iş gücü əldə etməkdir.
2014-cü ildən bəri Səudiyyə Ərəbistanıda fəaliyyət göstərən Uber, 2016-cı ildə ölkənin ən böyük fondu Dövlət Sərmayə Fondundan 3,5 milyard dollarlıq sərmayə almış və PIF-in direktoru Yasir Al Rumayyana da Uberin İdarə heyətində üzvlük vəzifəsi verilmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz




















