Rusiya Azərbaycanla sərhəddə yeni hərbi baza tikir
Rusiya Müdafiə Nazirliyi Xəzərdə yeni hərbi-dəniz bazasının tikintisinə başlayıb. Bazaya donanmanın bütün raket gəmiləri yerləşəcək, bu barədə Moskvanın "İzvestiya" qəzeti məlumat yayıb.
İşlər yekunlaşdıqdan sonra obyekt HDQ-nin Şimalda, Baltikada və ya Qara dənizdə malik olduğu bazalardan daha mütərəqqi olacaq. Ekspertlər qeyd ediblər ki, yeni baza Rusiyanın Xəzər regionunda və Yaxın Şərqdə hərbi-siyasi strategiyasının ən mühüm elementinə çevriləcək.
Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, bazanın tikintisi 2020-ci ilə qədər başa çatacaq, nazirlik HDQ-nin Xəzərdə əsas bazası olacaq hərbi limanın tikintisini də yekunlaşdırmağı planlaşdırır.
Layihə üzrə yalnız liman deyil, həm də döyüş sursatları, hospital, hərbi qulluqçular üçün kazarma və zabit heyəti üçün mənzillər tikiləcək.
İşlərin birinci mərhələsində (2019-cu ilə qədər davam etməlidir) dib dərinləşdirmə işlərini həyata keçirmək, körpü cəbhəsi və yerüstü infrastrukturun müvafiq obyektlərini tikmək planlaşdırılır.
Xəzər Əməkdaşlıq İnstitutunun rəhbəri Sergey Mixeev "İzvestiya"ya bildirib ki, Rusiyanın regionda hərbi imkanlarının güclənməsini iqtisadi və geosiyasi səbəblər kompleksi ilə izah etmək olar.
"Bu region ən çox üçüncü ölkələri maraqlandırır, neft və qazla zəngindir. Bundan başqa, onun vasitəsilə postsovet Zaqafqaziyasından keçməklə Orta Asiyadan Qərbə alternativ enerji dəhlizi çəkilə bilər. Bu ideyanı amerikalılar və avropalılar irəli sürür, amma RF və İran ona qarşı çıxır", deyən Mixeev qeyd edib ki, Xəzər Yaxın Şərq və Orta Asiya regionuna yaxın yerləşir.
"Suriyadakı əməliyyatlar göstərib ki, Xəzər qanadlı raketlər üçün təhlükəsiz start meydanıdır. Orada bizim yüksək dəqiqlikli silahlarla təchiz edilmiş gəmilərimiz yerləşə bilər. Həm də bu hövzə potensial düşmənlər və üçüncü ölkələrin donanmaları üçün əlçatmazdır", deyə o bildirib.
Hazırda Xəzər donanması ən müasir layihəli raket gəmilərinə malikdir. Onun tərkibinə 11661K layihəli "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, 21631 layihəli "Qrad Sviyajsk", "Uqliç", "Velikiy Ustyuq" kiçik raket layihələri, 12411 layihəli "Stupinets" raket gəmisi daxildir.
Su hövzəsinin mühafizə gəmilərinin 73-cü qvardiya briqadası, 727-ci xüsusi dəniz piyadası qvardiya batalyonu, bir qrup təminat gəmiləri və qəza-xilasetmə gəmiləri dəstəsi də Xəzərə köçəcək. Beləliklə, Rusiya Azərbaycanla sərhəddən cəmi 130 km, Bakıdan isə 300 km məsafədə raket gəmiləri üçün ən yeni hərbi-dəniz bazası tikir.
© Contact
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















