Qəbələdən Avropaya üzüm ixracı
Qəbələ rayonunun Savalan kəndi ərazisində salınan və 343 hektar sahəsi olan üzüm plantasiyasında məhsul yığımı başa çatıb. Tədarük olunan məhsul “ASPİ-AGRO” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı zavoduna təhvil verilib.
Müəssisə texniki sortlardan olan üzümdən şərab istehsal etməklə yanaşı, süfrə üzümlərini daxili bazara çıxarıb, eləcə də müqavilə əsasında Rusiyaya ixrac edib. Gələcəkdə Qəbələdən digər MDB ölkələrinə və Avropaya üzüm ixrac edilməsi qarşıya məqsəd qoyulub.
Zavoddan verilən məlumata görə, plantasiyanın 298 hektar sahəsində texniki, 45 hektar sahəsində isə süfrə sortlarından olan üzüm tingləri yetişdirilib. Üzüm bağlarında “ASPİ -AGRO” MMC-nin sifarişi ilə İtaliya və Fransadan gətirilən 21 növ texniki və 14 növ süfrə üzümü əkilib. Bu il italiyalı mütəxəssislərin rəhbərliyi ilə üzüm tinglərinə yüksək aqrotexniki qulluq göstərilib və ötən ildəkindən daha keyfiyyətli məhsul əldə edilib.
Üzüm plantasiyasından 1800 ton məhsul toplanılıb ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Bu ilin martında müəssisə tərəfindən İtaliyadan gətirilən “Arinorno”, “Rebo”, “Verdexo”, “Qrenaj” sortlarından ibarət daha 3 hektar sahədə yeni üzüm bağı salınıb. Hazırda isə şərab istehsalı üçün daha məhsuldar hesab edilən üzüm sortlarından ibarət 5 hektar sahədə yeni bağın salınması üçün hazırlıq işləri görülür.
Zavoddan bildirilib ki, Fransa və İtaliyadan gətirilən yeni üzüm sortları hesabına daha fərqli çeşiddə və rəqabətə davamlı şərablar istehsal etmək, xarici bazara məhsul ixracını artırmaq mümkün olacaq.
Hazırda zavodda “Savalan” brendi ilə 16 çeşiddə şərab istehsal olunur və onların əksəriyyəti xarici ölkələrə ixrac edilir. Zavodun məhsulları bir sıra beynəlxalq şərab və dequstasiya sərgilərində qızıl medal qazanıb. “Made in Azerbaijan” brendinin xarici bazalarda təşviqi üçün keçirilən bütün ixrac missiyalarında iştirak edən “Savalan” zavodu gələn ay Çinin Honkonq şəhərində təşkil olunacaq növbəti belə tədbirdə öz məhsullarını potensial alıcılara təqdim edəcək.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
-
22 d. əvvəl
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
- 49 d. əvvəl
-
59 d. əvvəl
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
-
1 saat əvvəl
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
-
1 saat əvvəl
İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır
-
1 saat əvvəl
Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
-
2 saat əvvəl
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
Ən çox oxunanlar
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb
Rabitəbankdan 33 illiyinə özəl "30+3" Lombard kampaniyası
Azərbaycan neftinin son qiyməti
























