Qlobal internet TV şəbəkəsi sürətlə böyüyür
Qlobal internet televiziya şəbəkəsi Netflix, bu ilin üçüncü rübündə gəlirinin və xalis mənfəət artdığını bildirib.
"Marja", Netflix-in yaydığı məlumata istinadən xəbər verir ki, şirkətin bu ilin üçüncü rübündəki gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artımla 2,98 milyard dollara yüksəlib.
Şirkətin gəliri ötən ilin iyul-sentyabr dövründə 2,29 milyard dollar olmuşdu.
Netflix-in xalis mənfəəti də bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 150 faiz artımla 130 milyon dollara çıxıb. Şirkətin xalis mənfəəti ötən ilin üçüncü rübündə 52 milyon dollar olaraq reallaşmışdı.
Güclü üçüncü rüb balansının açıqlanmasından sonra şirkətin səhminin dəyəri, 2,9 faiz qalxaraq 202,68 dollara yüksəlib.
ABUNƏÇİLƏRİNİN SAYI ARTIR
Həmçinin açıqlamada, Netflix-in bu ilin iyul-sentyabr dövründə dünya üzrə təxminən 5 milyon 300 min yeni abunəçisi olduğu da qeyd olunub.
Yeni abonentlərin 850 mininin ABŞ-dan, 4 milyon 450 mininin də ABŞ xarici ölkələrdən gəldiyi bildirilib.
Beləliklə Netflix-in cəmi abunəçi sayı ABŞ-da 52 milyon 770 minə, ABŞ xarici ölkələrdə 56 milyon 480 minə çatıb. Şirkətin dünya üzrə cəmi abunəçi sayının da 109 milyon 250 minə yüksəldiyi qeyd edilib.
Netflix, bu ilin oktyabr-dekabr dövründə dünya üzrə 6 milyon 300 min yeni abunəçi cəlb etməyi hədəflədiyini bildirib.
Şirkətin cəmi abunəçilərinin sayının 2017-nin dördüncü rübünün sonunda 115 milyon 550 minə yaxınlaşması gözlənilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)








