Qaliblərin adları açıqlandı
Bu gün 2,3,4,5,6,7,8-ci siniflər arasında EduGrata Təhsil Mərkəzində ödənişsiz həyata keçirilən ilk bilik yarışının nəticələri açıqlanıb.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Rəşad Zeynalov uşaqları təbrik edib və dərslərində yeni nailiyyətlər qazanmağı diləyib.
700-ə yaxın şagirdin iştirak etdiyi yarışmanın qalibləri əvvəlcədən elan edildiyi kimi Ofisait mağazalar şəbəkəsinin hədiyyə kuponları ilə mükafatlandırılıb. Bundan əlavə bütün qaliblərə ekoloji təmiz OYAL markalı məktəb ləvazimatları hədiyyə edilib.
EduGrata Təhsil Mərkəzində interaktiv dərslərin keçirilməsi üçün lazım olan bütün zəruri texniki avadanlıqlarla təchiz olunması, hər bir kurs iştirakçısının fərdi bilik və bacarıqlarına uyğun individual tədris sisteminin qurulması, dinləyicilərə və onların ailələrinə ödənişsiz psixoloji dəstək göstərilməsi imkanı yaradılması Təhsil Mərkəzinin qısa müddət ərzində şagirdlər və valideynlər arasında yüksək rəğbət qazanmasına səbəb olub.
EduGrata Təhsil Mərkəzində 12 noyabr 2017-ci il tarixində növbəti bilik yarışının keçirilməsi nəzərdə tutulur. Nəsimi metrosunun yaxınlığında yerləşən 4-cü, 6-cı və 9-cu mikrorayon sakinləri öz övladlarının təhsilini əminliklə EduGrata Təhsil Mərkəzinə həvalə edə bilərlər.
Qeyd edək ki, EduGrata Təhsil Mərkəzinin aid olduğu İNCİ şirkətlər qrupu 1995-ci ildənSatış və Distribyutor şirkəti olaraq fəaliyyətə başlamış, dəftərxana və ofis ləvazimatları, məktəb ləvazimatları, idman malları, mətbəx və təmizlik əşyaları, elektrik malları, həmçinin ticarət, bank və ofis avadanlıqları, uşaq oyuncaqları, təhlükəsizlik vasitələri, kompüter və qurğularının satışını təşkil edir, o cümlədənçap, poliqrafiya xidmətləri, proqram həlləri xidməti həyata keçirir. OYAL, ASSİS, QUİCKS, Cassa, SilSil, Shirinbalam, Boltexno, Frauzen, Hansbur, Samuray, Zyklen və s. markalar şirkətin geniş istehlakçı auditoriyası tərəfindən sevilərək istifadə edilən məhsullarıdır. Qeyd etmək zəruridir ki, İNCİ şirkətlər qrupunun satışını təşkil etdiyi bütün məhsulları Ofisait mağazalar şəbəkəsi ilə yanaşı www.ofisait.com internet portalından online sifariş vermək mümkündür.
Daha ətraflı: www.inci.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























