“Schneider Electrıc”: Azərbaycandakı şirkətimizin adı dəyişdirilib
“Schneider Electrıc” şirkəti, "Schneider Elektrik Sanayi ve Ticaret A. Ş."-nin Azərbaycandakı filialının ləğv olunduğu barədə xəbərə münasibət bildirib.
Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada deyilir:
Azərbaycan Respublikasında 1994-cü ildən fəaliyyətini başlayan dünya miqyasında enerjinin idarə olunması üzrə ixtisaslaşan və 100-dən çox ölkədə fəaliyyət göstərən “Schneider Electrıc” şirkəti əməliyyatlarını genişləndirərək Azərbaycan Respublikasında hüquqi adını dəyişərək 18 oktyabr 2017-ci il tarixindən etibarən “Schneider Electric Middle East Projects” şirkətini kimi davam etdirəcəkdir.
“Schneider Electric” şirkətinin Mərkəzi Asiya Ölkələri üzrə Prezidenti Emrah Tekdemir deyib: “Biz Azərbaycanda sürətli inkişafı görməkdən məmnunluq duyur və enerji idarəetməsi sahəsində öz məhsul və texnologiyalarımızı təklif edərək həmin yüksəlişə töhfə vermək istəyirik. Azərbaycandakı uğurumuzun davamı olaraq biz Bakını Orta Asiya ölkərində fəaliyyətimizin mərkəzi kimi müəyyənləşdirdik. Bu da öz növbəsində dünyada tanınmış şirkətinin fəaliyyətində Azərbaycanın xüsusi rolunu bir daha vurğulayır".
"Schneider Electric" şirkəti Bakıda ofisini 2006-cı ildə açmışdır və Azərbaycanda energetika və infrastruktur layihələrdə, enerji təminatında, biznes və yaşayış binalarda, IT sahələrində enerjinin səmərəli istifadəsi və idarə olunması sahələrində məhsullarını və xidmətlərini uğurla təqdim etməkdə davam edir.
Dünya miqyasında enerjinin idarə olunması üzrə ixtisaslaşan və 100-dən çox ölkədə fəaliyyət göstərən “Schneıder Electrıc” şirkəti bir çox bazar seqmenti üzrə kompleks həll variantlarını təklif etməklə yanaşı, həm də kommunal xidmətlər və infrastruktur, habelə sənaye sahələri və texnika istehsalçıları, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri, eləcə də yaşayış binaları kimi sahələrdə hakim mövqeyə malikdir.
Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, sərfəli və ekoloji baxımdan zərərsiz şəkildə istifadə olunmasına yönəldən şirkətlər qrupu 144.000 nəfərdən çox işçi heyəti sayəsində satış həcmini 2016-cı ildə 25 milyard avroya qədər yüksəltməyə müvəffəq olmuş və beləliklə də fiziki şəxslərin və ayrı-ayrı təşkilatların öz enerjilərini maksimum səmərə ilə istifadə etmələrinə fəal surətdə kömək etmək əzmini nümayiş etdirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 42 d. əvvəl
-
46 d. əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
2 saat əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
Ən çox oxunanlar
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar



























