"Azəristiliktəchizat" maliyyə sanksiyası ilə üzləşib
2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və iqtisadi təsnifatın "Məhsula görə ödənişlər" xərc maddəsindən "Azəristiliktəchizat" ASC-yə təsərrüfat fəaliyyətinin maliyyə nəticələri üzrə yaranmış zərərin ödənilməsi üçün 22 mln. 614,754 min manat subsidiya ödənilib, lakin Vergilər Məcəlləsinin 104-cü və 106-cı maddələrinin tələblərinə əməl edilməyərək ƏDV-siz 19 mln. 165 min 45,7 manat məbləğində subsidiya gəlirə aid edilməyib.
Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-ci ilin aprel-dekabr ayları və 2016-cı ili əhatə edir.
Bülletendə qeyd edilib ki, ASC tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə tam əməl edilməyərək büdcəyə çatası ƏDV 239,485 min manat az hesablanıb, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə əməl edilməyərək vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə ödənilmiş vəsaitdən 2015-ci il üzrə 113 min 912,5 manat və 2016-cı il üzrə 304,665 min manat ödəmə mənbəyində vergi tutulmayıb.
Dövlət qurumu tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinin tələblərinə tam əməl edilməyərək auditlə əhatə olunan dövr üzrə 1 mln. 316 min 856,4 manat ƏDV məbləği gec ödənilib, ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsində 658 min 428,2 manat maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub.
"Azəristiliktəchizat" ASC müstəqil hüquqi şəxsdir. Nizamnamə kapitalı 19,266 mln. manat olmaqla 963300 ədəd adi səhmlərdən ibarətdir. Səhmlərin 100%-i dövlətə məxsusdur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)









.jpg)
