Dünyanın ilk "süni intellekt naziri" vəzifəsinin icrasına başladı
Robotlar daxil bütün cihazlara məskunlaşmağa başlayan "süni intelektin" artıq nazirliyi belə var.
"Marja" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni Süni İntellekt Nazirliyi (The Minister of Artificial Intelligence - AI) yaradılıb və nazir təyin edilib. BƏƏ-nin ilk süni intellekt (zəka) naziri 27 yaşlı Omar Bin Sultan Al Olama olub.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş Naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktum Twitter səhifəsindən məlumat yayıb.
2117-DƏ MARSA YERLƏŞƏCƏKLƏR
Bundan əvvəl baş nazirin yanında gələcək üzrə direktor kimi çalışan gənc nazirin təqib edəcəyi məsələlər arasında süni zəka texnologiyası, yaşayış sahələri və təhlükəsizliyi kimi məsələlər yer alacaqdır.
BƏƏ, ötən günlərdə "2031 süni zəka strategiyası"nı da elan etmişdi. Ölkə, 2021-ci ildə kağızla aparılan bütün əməliyyatları elektronlaşdırmağı, 2030-da bütün əmirlikdəki nəqliyyat şəbəkəsinin 25%-ini avtonom (sürücüsüz) olaraq həyata keçirməyi, 2050-də istehsal olunan enerjinin 75%-ini alternativ mənbələrdən əldə etməyi və hətta 2117-ci ildə Marsa köçməyi hədəfləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























