Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft qiymətləri OPEC-in açıqlaması ilə yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri OPEC-in açıqlaması ilə yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, OPEC və ortaqlarının bazarı yenidən tarazlığa qovuşdura bilmək üçün bütün variantlara açıq olduqlarını qeyd etmələrinin ardından bahalaşıb.

 

"Marja" xəbər verir ki, hasilatın azaldılması razılaşmasına nəzarət etməyə məsul olan komitə, müqaviləyə əməletmənin rekord səviyyəyə çıxdığını açıqlayıb.

 

Baker Hughes-ın məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı ötən həftə də azalaraq İyundan bu yana ən aşağı səviyyəsinə enib.

 

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və təşkilata daxil olmayan bir sıra ölkələr (Rusiya və Azərbaycan da daxildir) 30 Noyabrda Viyanada keçiriləcək yığıncaqda Mart sonunda bitəcək hasilatın azaldılması razılaşmasını uzatmaq barədə qərar verə bilərlər. 

 

İraqın şimalında artan gərginlik də, qiymətlərə dəstək olub. İraq qüvvələri Batma və Ain Zala neft sahələrinin yerləşdiyi Zummar qəsəbəsində nəzarəti yenidən ələ alıb.  

 

ABŞ-da neft istehsalının son dövrlər artmaması da qiymətlərə kömək edir. Neftin bir az da yüksəlməsinin mümkün olduğu bildirilir. 

 

Qərb Teksas nefti Nymex birjasında 40 sent bahalaşaraq bareli 52.24 dollara, Brent nefti, Londonda  ICE Futures Europe birjasında 30 sent və ya  0.5% bahalaşaraq bareli 58.05 dollara qədər qalxıb. 

23.10.2017 06:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18