Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana turistlərin 85%-i bu 4 ölkədən gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana turistlərin 85%-i bu 4 ölkədən gəlir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ənənəvi olaraq Azərbaycanı ziyarət edən ziyarətçilərin 85%-ni dörd ölkənin vətəndaşları təşkil edir”.

 

Reklam_3_11

Bunu Rusiya mətbuatına müsahibəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

 

N.Səmədovun sözlərinə görə, bu siyahıda ilk yeri Rusiya tutur: “İkinci yerdə Gürcüstan, sonra isə Türkiyə və İran qərarlaşıb. Lakin indi Azərbaycana ərəb ölkələrindən də turistlər gəlir. Azərbaycan turist ziyarətçilərinin maksimum həddinə 2012-2013-cü illərdə nail olub. Belə ki, həmin illərdə ölkəyə gələn turistlərin sayı 2,5 mln. nəfər təşkil edib”.

 

“YEGANƏ ŞƏRT VİZA REJİMİ İDİ”

 

Nazir müavini qeyd edib ki, Azərbaycana turist axınının inkişafına mane olan yeganə sədd viza rejimi idi: “Lakin ötən ilin fevralından dövlət başçısının fərmanı ilə bu məsələ də öz həllini tapıb. İndi artıq 12 ərəb ölkəsindən olan turistlər ölkəmizə gələndə rahat şəkildə hava limanında yaradılan xüsusi məntəqələrdən viza alırlar. Bu rejimin sadələşdirilməsi avtomatik olaraq onlara Azərbaycan qapılarını açıb. Qeyd etdiyim ölkərin əksəriyyəti ilə birbaşa aviareyslərimiz var. Azərbaycanın Rusiya, Gürcüstan və Qazaxıstanla isə viza rejimi yoxdur və heç vaxt da olmayıb”.

 

TURİSTLƏRİ AZƏRBAYCANA ÇƏKƏN ƏN BÖYÜK AMİL

 

Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə turizmin inkişaf etdirilməsi və turist axınını artırmaq üçün təhlükəsizlik tədbirləri böyük önəm daşıyır: “Azərbaycan əzəldən çox güclü təhlükəsizlik sisteminə malik olub. Hazırda əsasən müharibə gedən, təhlükə olan ölkələrin turistləri Azərbaycanda olan təhlükəsizliyi əyani şəkildə görürlər. Bu da turistləri Azərbaycanda istirahət etməyə çəkən ən böyük amildir. Yaxın və Orta Şərqdə nələr baş verdiyini görürük, bu ölkələrin sakinləri artıq müharibə və qeyri-sabitlikdən yorulub. Eyni zamanda, biz müsəlman ölkəsiyik, ona görə də ərəb turistləri bu baxımdan özlərini burada çox rahat hiss edirlər. Yerli əhalimiz dini və milli adət-ənənələrini anladıqları üçün burada onlara anlayışla yanaşırlar. Ümumiyyətlə, Azərbaycanda hamıya rahatdır, çünki yerli əhali çox tolerantdır”.

 

© Report

12.01.2017 10:27
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18