Avropada sənaye istehsalı artıb
Avropa Statistika Ofisinin (Eurostat) bu gün açıqladığı məlumatlara görə, ortaq pul vahidi olaraq avronu istifadə edən 19 üzvlü Avro Bölgəsində sənaye istehsalı, ötən ilin noyabr ayında oktyabr ayı ilə müqayisəylə 1,5% artıb. Sənaye istehsalı, 2015-ci ilin noyabr ayı ilə müqayisədə isə 3,2% artım göstərib.
Bazarlarda sənaye istehsalının vahid valyuta ittifaqında aylıq 0,5 faiz və illik 1,5 faiz artması gözlənilirdi. Sənaye istehsalı beləliklə bazar gözləntilərinin üzərində performans göstərib.
28 ölkədən ibarət olan Avropa Birliyində isə sənaye istehsalı, noyabrda əvvəlki aya nisbətən 1,6 faiz və 2015-ci ilin noyabr ayı ilə müqayisədə də 3,1 faiz yüksəlib.
Göstəricinin mövcud olduğu ABİ ölkələri içində, sənaye istehsalında aylıq müqayisədə ən çox artım 16,3% ilə İrlandiyada görülüb, Yunanıstan və Portuqaliyada sənaye istehsalı 0,9 faiz geriləyib.
2015-ci ilin noyabr ayı ilə müqayisədə isə sənaye istehsalı ən çox artan ölkə 14,6% ilə İrlandiya olub. Malta və İsveçin sənaye istehsalında isə 0,8%-lik azalış görülüb.
Avropanın aparıcı iqtisadiyyatı Almaniyada da sənaye istehsalı noyabrda aylıq müqayisədə 0,3 faiz və illik müqayisədə 2,3 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





